Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnam Kərimov: "Gələn il Quba-Xaçmaz regionunda ailələrin ABAD-a qoşulmasını təşviq edəcəyik"
Bu gün Bakıda “Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, dünya iqtisadiyyatında çox çətin proseslər baş verir və bu bunlar dünya ölkələrinə öz təsirini göstərməkdədir: “Azərbaycan iqtisadiyyatı isə çətin proseslərə dayanıqlıq nümayiş etdirir.

S.Məmmədovun sözlərinə görə, sahibkarların üzləşdiyi problemlərdən biri də lisenziyaların əldə edilməsi ilə bağlı məsələlərdir: “Sahibkarlara dəstək məqsədi ilə ixrac subsidiyaları verildi. Belə ki, ixracla məşğul olanlar 3-6% güzəşt əldə edirlər. Həmçinin, bir sıra sahibkarlıq subyektləri gömrük rüsumları və vergilərdən azad edilib”.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) rəhbəri İnam Kərimov deyib ki, kiçik sahibkarların qarşısında 3 əsas problem var: “ABAD kiçik sahiblarlara ailə təsərrüfatlarına məhsullarını istehsal edib satışa çıxarmaq üçün kömək edir. Əgər ailə təsərrüfatları hər hansı məsələdə çətinlik çəkərsə, ABAD onlara dəstək verir. Kiçik sahibkarın 3 əsas çətinliyi var. Birincisi satmaq, ikincisi satmaq və üçüncüsü satmaqdır. ABAD məhz Bakıda və regionlarda olan satış mərkəzləri ilə bu işə dəstək verir”.

ASAN rəsmisi növbəti il üçün olan planları da açıqlayıb: “Növbəti ildə Quba-Xaçmaz regionunda ailələrin ABAD-a qoşulmasını təşviq edəcəyik. Arzu edirəm ki, ailə biznesiniz o qədər genişlənsin ki, iri sahibkara çevriləsiz”.

Ramid İBRAHİMOV

[gallery columns="1" size="full" ids="40859,40860,40861">

Son xəbərlər
Bütün xəbərlər »