Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putinin öz yerinə gətirmək istədiyi adam ondan da pisdir”
“Putinin öz yerinə gətirmək istədiyi adam ondan da pisdir”

Rusiya öz tarixinin ən qarışıq dövrlərindən birini keçirir. Ölkənin gələcəyini proqnozlaşdırmaq çətindir. Qonşu dövlətə hücum Kremli dünyanın əksər hissəsi ilə düşmən edib. Rusiya vətəndaşlarına münasibət pisləşib. Prezident Vladimir Putin ölkəni uçuruma aparır. Amma özünün də ağır xəstəliklə mübarizə apardığı deyilir.

Bizimyol.info xəbər verir ki, rusiyalı müstəqil ekspert Yuri Medovar Putinin növbədənkənar seçkilər elan edəcəyinə inanır. Onun fikrincə, dövlət başçısı mübarizədən kənar dayanacaq. Medovar Putinin özünə başqa ömürlük vəzifə seçdiyini bildirir.

“Putinin qızı Yekaterina Tixonova kölgədən çıxa bilər. Amma əsas xələf Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev sayılır. Onu Putindən də təhlükəli adam hesab edirəm. Çindəki sistemi bura gətirmək istəyirlər. Dövlət şurasının rəhbəri ömürlük vəzifədə olur. Prezident təyyarə ilə görüşlərə uçur. Amma faktiki ölkəni dövlət şurası və onun sədri idarə edir. Sədri dövlət şurasının tərkibi müəyyənləşdirəcək. Xalqın buna aidiyyəti olmayacaq. Yəni Putin İlahinin hüzuruna getməyənə qədər ölkəyə rəhbərlik edə bilər”.

Medovar düşünür ki, Rusiyada hakimiyyət dəyişiklik söhbətləri ilə xalqın diqqətini müharibədən yayındırmağa çalışır. Çünki Ukraynada işlər yaxşı getmir, böyük itkilər var.

“Əsgər ölümlərinin müzakirəsi Kremlə lazım deyil. Vacibdir ki, xalq Putinin necə xəstə olmasından danışsın. Ya da Tixonovanın atasının yerini tutub-tutmayacağı müzakirə mövzusu olsun. Əsas odur, xüsusi əməliyyat dilə gətirilməsin. Halbuki Tixonovanın prezidentliyi real məsələ deyil. Putinin 70 yaşı tamam olur. Ona əvəzedici axtarırlar. Bu yaşda sağlam insan olur? Heç də bütün kişilər 70-ə qədər yaşamır. Əlbəttə, o, yaxşı qidalanır, müalicə olunur. Amma hər orqanizmin bir həddi var. Şoyqunun adını çəkirdilər. Buna heç vaxt ciddi yanaşmamışam. Patruşev variantı daha ağlabatandır. Onun Putindən xeyli pis olacağını düşünürəm. Çünki məhz Patruşev Putini xüsusi əməliyyata yönəldənlərdəndir. Narışkinin Təhlükəsizlik Şurasının iclasında dili topuq vururdu. Amma Patruşev qəddardır. Üzündən bilinir”.

Nikolay Patruşev Nikolay Patruşev

Rusiyalı ekspert Putinin tezliklə həyatını itirəcəyi ilə bağlı deyilənləri inandırıcı versiya kimi qəbul etməyin tərəfdarı deyil. Medovar düşünür ki, prezident hələ bir müddət yaşaya bilər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »