Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Türkiyəni Suriyada hərbi əməliyyatlardan imtina etməyə çağırıb
Rusiya Türkiyəni Suriyada hərbi əməliyyatlardan imtina etməyə çağırıb

Moskva Suriyanın şimalında əməliyyat keçirmək ideyasından əl çəkməyə çağırışla Ankaraya müraciət edib.

Bizimyol.info xəbər verir ki, bunu cümə axşamı Rusiya Federasiyası prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriya üzrə Astana formatında keçirilən 18-ci beynəlxalq görüşün yekunlarına dair mətbuat konfransında deyib.

“Son əməliyyatların aparılması ilə bağlı qərar hələ verilməyib, ona görə də Türkiyə tərəfdaşlarımıza Suriyada hərbi əməliyyatlar keçirməkdən çəkinmələri üçün müraciət etmişik və müraciət edirik. Türk dostlarımıza açıq şəkildə bildirdik ki, bu? vəziyyətin daha da gərginləşməsinə, o cümlədən silahlı qarşıdurmaya səbəb ola bilər. Bu, nə Türkiyənin, nə Rusiyanın, nə İraqın, nə də İranın maraqlı olmadığı Suriyanın şimal-şərqindəki qondarma muxtar administrasiyanın separatçı əhval-ruhiyyəsini stimullaşdıra bilər”,- deyə o bildirib.

Lavrentiev qeyd edib ki, Moskva hələ də mövcud problemlərin həlli üçün başqa yollar tapmaq, o cümlədən Türkiyə ərazisi də daxil olmaqla, Rusiyanın pislədiyi davam edən atəşi dayandırmaq üçün imkanların olduğunu düşünür. “Bütün tərəflərlə iş davam etdirilməlidir. Biz zorakı üsullara əl atmadan bu problemin həllini tapmağa çalışmalıyıq”,- deyə prezident nümayəndəsi vurğulayıb və əlavə edib ki, Amerika qüvvələrinin Suriyanın şimal-şərqində mövcudluğu mühüm amil olaraq qalır.

Onun sözlərinə görə, Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyat keçirməklə öz milli təhlükəsizliyi problemini tam həll etməyəcək. “Biz inanırıq, həmçinin bu barədə açıq danışaraq bildiririk ki, hərbi əməliyyat hazırda mövcud olan bütün problemləri həll etməyəcək və hər şeydən əvvəl Türkiyənin milli təhlükəsizliyi problemlərini tam həll etməyəcək.

Mənə elə gəlir ki, Türkiyənin milli təhlükəsizliyi problemlərini ancaq Suriya hökumət qüvvələrinin ərazilərin sərhədlərinə tam nəzarəti ələ keçirməklə həll etmək olar. Təəssüf ki, biz bunu hələ müşahidə etməmişik, həqiqətən də orada hələ də əsasən kürd özünümüdafiə dəstələri var”,- deyə Lavrentyev yekunlaşdırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »