Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinin müharibə hədəsinə Tayvandan cavab: "Sizi vurmağa raketlərimiz var"
Çinin müharibə hədəsinə Tayvandan cavab: "Sizi vurmağa raketlərimiz var"

Ukraynada müharibə tam sürətlə davam edərkən, Sakit okeanda dünyanı narahat edən hadisələr baş verir. Belə ki, Çinin Tayvanın müstəqilliyi üçün istənilən təzyiqi "əzəcəyi" xəbərdarlığından bir neçə gün sonra Tayvanın cavabı gəlib. Tayvan rəsmiləri paytaxt Pekini vura biləcək raketlərə sahib olduqlarını bildirib və "işğal haqqında iki dəfə düşünün" xəbərdarlığını edib.

Bizimyol.info xəbər verir ki, hazırda dünyanın gözü və qulağı Ukrayna müharibəsindədir. Ancaq Ukraynadan minlərlə kilometr aralıda daha bir müharibə ehtimalı da var. Çünki Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün deyil.

Tayvan rəsmiləri paytaxt Pekini vura biləcək raketlərə sahib olduqlarını iddia edərək, Çinin ada ölkəsinə hücum etməzdən əvvəl iki dəfə düşünməli olduğunu vurğulayıblar.

Tayvan Qanunvericilik Assambleyasının spikeri You Si Kun ölkə mətbuatına bildirib ki, Çin işğal etmək qərarına gəlsə, ölkəsi Yun Feng səsdən sürətli qanadlı raketlərdən istifadə etməkdən çəkinməyəcək.

"Yunq Fend raketləri artıq Pekini vura bilər, Tayvanın isə Pekinə hücum etmək imkanı var",- deyə Kun deyib.

Bu yaxınlarda Pekinin Tayvanın müstəqilliyi üçün istənilən təzyiqi "əzəcəyi" barədə xəbərdarlıq edən müdafiə naziri Vey Fenghe sözlərini belə davam etdirib; “Biz Tayvanın müstəqilliyini qoruyub saxlamaq cəhdini qətiyyətlə əzəcəyik. Nəyin bahasına olursa olsun, sona qədər mübarizə aparacağıq”.

Tayvanın müstəqilliyini “çıxmaz nöqtə” olaraq xarakterizə edən çinli nazir, “heç kim Çin silahlı qüvvələrinin ərazi bütövlüyünü qorumaq əzmini və qabiliyyətini qiymətləndirməməlidir. Çini parçalamaq üçün Tayvanın müstəqilliyini dəstəkləyənlərin sonu mütləq yaxşı olmayacaq”,-deyə bildirib.

ABŞ prezidenti Bayden isə mümkün Çin işğalında Tayvanı hərbi yolla müdafiə edəcəyini söyləyib və ABŞ-ın Çinin Tayvanı zorla nəzarət altına almaq cəhdinə hərbi müdaxilə edib-etməyəcəyi sualına, “bu, bizim öhdəliyimizdir. Heç kim Çin xalqının öz milli suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmini və güclü qabiliyyətini qiymətləndirməməlidir”,- detə cavab verib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »