Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyevə səfər edən üç lider Zelenski ilə görüşüb
Kiyevə səfər edən üç lider Zelenski ilə görüşüb

Ukraynanın paytaxtı Kiyevə səfər edən Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, müharibə başlayandan bəri diplomatik həll üçün səy göstərən üç lider, Rusiya işğalı başlayandan bəri ilk dəfə Zelenski ilə üz-üzə görüşüb.

Görüşdən əvvəl bu üç lider Rusiyanın hücumları nəticəsində viran qalan İrpin şəhərini gəziblər. Dağıdılmış evləri araşdıran Makron “bu, barbarlığa bulaşmış qəhrəman şəhərdir”,-deyə bildirib.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putinlə təmaslarına görə tənqid edilən üç əsas Avropa ölkəsinin liderləri Ukraynaya dəstək nümayiş etdirmək və birlik mesajı vermək üçün gecə qatarı ilə Kiyevə gediblər. Üç liderin səfəri zamanı şəhərdə sirenlər səslənməyə başlayıb və bu, çaxnaşmaya səbəb olub.

Onu da əlavə edək ki, Putinlə tez-tez telefon əlaqəsi saxladıqları üçün reaksiyaların hədəfinə çevrilən üç Avropa liderinin Kiyev səfərinə hazırlıq uzun müddət idi ki, davam edirdi. Əvvəllər bir çox ölkədən rəsmilər Kiyevə səfər edərkən, üç adın olmaması müzakirələrə səbəb olub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »