Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə etirazı iki ölkə arasında fikir ayrılığına səbəb olub. Belə ki, Finlandiyada NATO-ya üzvlük prosesinin İsveç olmadan davam etməsini istəyənlər meydana gəlib.
Bizimyol.info xəbər verir ki, Finlandiyadakı koalisiyadakı Real Finlər Partiyasının üzvü və Xarici Əlaqələr Komitəsinin rəhbəri Jussi Halla-aho bildirib ki, Finlandiya NATO-ya üzvlük prosesində təkbaşına irəliləməlidir. Finlandiyanın Rusiya ilə 1300 kilometr sərhədi olduğunu vurğulayan finlandiyalı parlamentari bu halda onların İsveçlə mövqeyinin tamam fərqli olduğunu vurğulayıb. Halla-aho Finlandiya mətbuatına açıqlamasında "Finlandiyanın hərəkətləri İsveçin hərəkətləri ilə əlaqələndirilməməlidir" deyə bildirib.
Finlandiya mətbuatı onu da yazır ki, İsveç və Finlandiya bir çox aspektlərdə, o cümlədən geosiyasi mövqedə fərqlənir və fərqli qiymətləndirilməlidir.
Finlandiyada yayımlanan YLE, İsveç və Finlandiyanın Türkiyənin tələbləri yerinə yetirilmədiyi təqdirdə NATO müraciətlərini bir ilə qədər gecikdirməklə hədələdiklərini xatırladarkən, Halla-aho isə ölkəsinin təkbaşına irəliləməsi lazım olduğunu müdafiə edib: "Düşünmürəm ki, Finlandiyanın İsveç kimi olmağı öhdəsinə götürə bilməz".
O, Türkiyənin əsas tələblərinin İsveç hökumətindən asılı olduğuna diqqət çəkib və Finlandiyanın mövqeyini İsveçdən ayırmağa çağırıb.
Finlandiya Koalisiya Partiyasından olan deputat, Xarici Əlaqələr Komitəsinin üzvü Elina Valtonen də analoji fikirdədir. Elina Valtonen bildirib ki, proses “uzanarsa, Finlandiya təkbaşına irəliləyə bilər.
Xatırladaq ki, Türkiyə İsveç və Finlandiyadan NATO-ya üzv olmağa icazə verilməzdən əvvəl PKK və onun törəmələrini terror təşkilatı hesab etmələrini və hər iki ölkənin Ankaraya silah satışı ilə bağlı bəzi məhdudiyyətləri aradan qaldırmasını tələb edir. O, bəzi adların da qaytarılmasını istəyir.
Türkiyə prezidenti Ərdoğan dünənki açıqlamasında hər iki ölkədən Türkiyənin haqlı gözləntilərinə cavab verən konkret addımlar görmədən, terrorla mübarizə və müdafiə sənayesi əməkdaşlığında paradiqma dəyişikliyinə dair yazılı öhdəliklər vermədən prosesdə irəliləyiş əldə edilə bilməyəcəyini vurğulayıb.
Finlandiya prezidenti Sauli Niinistö də ölkəsində yayımlanan YLE TV1-ə müsahibəsində Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlük prosesini əngəlləməsindən məyus olduğunu bildirib.
“Proses o qədər tıxanıb ki, ictimaiyyətə irəliləyişlə bağlı heç nə deyilməməsi təəccüblü deyil. Çünki heç bir irəliləyiş yoxdur”, - deyə Niinistö bildirib.
Finlandiya, İsveç və Türkiyə arasında görüş olduğunu, lakin Finlandiyanın tələbinə baxmayaraq ikinci görüşün baş tutmadığını bildirən prezident Türkiyənin süründürməçilik etdiyini eyham edib. Digər tərəfdən, rabitə kanallarının açıq olduğunu və bu kanallar vasitəsilə gündə bir neçə dəfə əlaqə saxlandığını bildirən Niinistö, danışıqların davam edəcəyinə inandığını bildirib.
Leyla, Bizimyol.info