Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üç liderin Kiyevə səfəri zamanı sirenlər səslənib
Üç liderin Kiyevə səfəri zamanı sirenlər səslənib

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi bu gün Ukraynanın paytaxtı Kiyevə səfər ediblər. Üç lider Kiyevə ayaq basdıqdan sonra şəhərdə sirenlər səslənib və böyük çaxnaşma yaranıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzünün 113-cü günündə Rusiya lideri Putinlə təmaslarına görə tənqid edilən üç əsas Avropa ölkəsinin liderləri Ukraynaya dəstək nümayiş etdirmək və birlik mesajı vermək üçün Kiyevə gediblər.

Alman mətbuatının son dəqiqə xəbərlərinə görə, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqinin Kiyevə səfəri zamanı sirenlər səslənməyə başlayıb. Məlumata görə, üç liderin Kiyevdə qaldığı otelin ətrafına hava zərbələrinin endirilməsi ilə bağlı narahatlıqlar var.

Qeyd edək ki, səfər zamanı sıx təhlükəsizlik tədbirləri də görülüb. Peşəkar əsgərlər və polislər yerləşdirilib. Silahlı mühafizəçilər üç liderin yanından bir an belə kənarda qalmayıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə tez-tez telefon danışıqları apardıqları üçün reaksiyaların hədəfinə çevrilən üç Avropa liderinin Kiyev səfərinə hazırlıq uzun müddət idi ki, davam edirdi. Əvvəllər bir çox ölkədən rəsmilər Kiyevə səfər edərkən, üç adın olmaması müzakirələrə səbəb olub.

Məlumata görə, Makron, Şolz və Draqinin Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir. Təxminlərə görə, Ukrayna lideri görüş zamanı üç ölkəni, xüsusən də silah daşınmasına şübhə ilə yanaşdığı deyilən Almaniyanı silah dəstəyini artırmağa çağıracaq.

Səfər Ukraynanın Avropa İttifaqına daxil olmasının müzakirə edildiyi bir vaxta təsadüf edir. Görüşlərdə bu məsələnin də müzakirə olunacağı bildirilib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »