Britaniya hakimiyyəti Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirili sanksiyalar siyahısına əlavə edib.
Bizimyol.info xəbər verir ki, sənədin yenilənmiş variantı cümə axşamı hökumətin saytında dərc edilib.
“Patriarx Kirill kimi tanınan Vladimir Qundyaev Rus Pravoslav Kilsəsinin rəhbəridir.
Sənədin motivasiya hissəsində deyilir ki, Kirill Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən çoxsaylı açıqlamalar verib. Buna görə də o, Ukraynada sabitliyi pozan, onun ərazi bütövlüyünə, suverenliyinə həmçinin müstəqilliyinə xələl gətirən siyasətin və ya hərəkətin iştirakçısıdır. O, bu cür siyasət və hərəkətiləri dəstəkləyir həmçinin dini tədbirlərdəki çıxışlarında bunu təşviq edir”, - deyə məlumatda bildirilir.
Moskva Şəhər Dumasının sədr müavini Sergey Savostyanova, “Volqa-Dnepr” qrupunun rəhbəri Aleksey İsaykinə, o cümlədən Rusiya Federasiyasının Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovaya qarşı da “məcburi hərəkətlərə görə” - ukraynalı uşaqların övladlığa götürülməsi və başqa yerə köçürmə təşkili ilə bağlı hərəkətlərinə görə sanksiyalar tətbiq edilib.
Sanksiya siyahısına bir neçə rusiyalı hərbçi və Xerson vilayətinin hərbi-mülki administrasiyasının əməkdaşları, o cümlədən onun rəhbəri Vladimir Saldo, onun müavini Kirill Stremousov da daxil edilib.
Qadir, Bizimyol.info