Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukrayna üzərində hərbi üstünlüyünü necə itirib...
Rusiya Ukrayna üzərində hərbi üstünlüyünü necə itirib...

“Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ayında işğalçı ölkənin özü ordusunun Ukrayna Silahlı Qüvvələri üzərində say üstünlüyünü sıfırlayıb”.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə “Foreign Policy” nəşrinin materialında deyilir. Nəşr qeyd edir ki, Rusiya prezidenti Vladimir Putinin Rusiyada səfərbərlik elan etmək və müharibəni “xüsusi əməliyyat” deyil, müharibə adlandırmaq istəməməsi onu döyüş meydanında üstünlükdən məhrum edir.

Çünki Rusiyada səfərbərliyin elan edilməsi minlərlə əsgəri döyüş meydanına gətirməyə imkan verərdi. ABŞ rəsmiləri düşünürlər ki, Putin ordusunun real itkilərini etiraf edib, buna görə siyasi qiymət və reputasiya riskini ödəmək istəmir.

"Rusiya qoşunları Donbasda aylarla davam edən döyüşlərdə Ukrayna qüvvələrini tez-tez 3 dəfədən çox üstələyirdi. Kreml Luqansk bölgəsinin böyük hissəsini ələ keçirdikdən sonra, müharibənin sürətində dəyişiklik müşahidə edilirdi. Lakin cəbhəyə əlavə qoşun göndərməkdən imtina Rusiyanın üstünlüklərini ləğv edir”,- deyə məqalədə qeyd edilib. Ordunun verdiyi itkiləri əvəz etmək üçün əsgərlərin gizli şəkildə cəlb edilməsi hələ də davam edir. Ancaq bu uğursuz bir addımdır.

Nəşrin Avropa təhlükəsizlik strukturundan olan həmsöhbəti Murmansk vilayətində gizli səfərbərlik kampaniyasının uğursuzluğundan da danışıb. Məqalədə qeyd edilir ki, Kremlin strateji uğursuzluqları təkcə daxili siyasətlə bağlı deyil, eyni zamanda həm də Qərbin sanksiyaları ilə bağlıdır. Rusiyanın Donbassda artilleriya döyüşünə keçməsi isə, həddən artıq çox istifadə edildiyi üçün müasir, yüksək dəqiqlikli silah ehtiyatlarının tükənməsi və sanksiyalara əsasən bunu əvəz etməyin mümükünsüzlüyü ilə bağlıdır.

Xatırladaq ki, mayın 4-də Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen Aİ-nin Rusiya Federasiyasına qarşı neft embarqosu və Sberbank-ın SWIFT-dən ayrılmasını təmin edən altıncı sanksiyalar paketini təqdim etmişdi. Mayın 29-da Avropa Komissiyası Aİ ölkələrinə Rusiya neftinin dəniz yolu ilə idxalından imtina etməyi təklif etdi və daha sonra Avropa İttifaqı Rusiya neftinə qismən embarqoya razılaşdı. Rusiya neftinin Aİ-yə ixracını qadağan edən saziş Rusiyadan neft idxalının 2/3-dən çoxunu əhatə edir. Bu isə onun “hərbi maşını” üçün maliyyə mənbəyini əhəmiyyətli şəkildə azaldır.

İyunun 3-də isə Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »