Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: 40-dan çox ölkə Ukraynaya müdafiə yardımı edir
Blinken: 40-dan çox ölkə Ukraynaya müdafiə yardımı edir

ABŞ-dan başqa, 40-dan çox dövlət Ukraynaya birbaşa müdafiə dəstəyi verir.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinkenin verdiyi bəyanatda bildirilib.

“ABŞ-ın, eləcə də 40-dan çox müttəfiqi və tərəfdaşının təhlükəsizlik yardımı Ukraynanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün mövqeyini gücləndirməkdə davam edir. Biz Ukraynanın bu mübarizədə tək olmayacağına əminik. ABŞ dövləti və müttəfiqləri Rusiyanın başlatdığı müharibənin sonuna qədər ukraynıların yanında olacağını açıq şəkildə bayan edib”, - deyə dövlət katibi qeyd edib.

Bundan əlavə, Dövlət Departamenti rəhbərinin qeyd etdiyi kimi, bu, Ukraynanın döyüş meydanında qələbəsinin təmin edilməsinə, eləcə də danışıqlar masası arxasında mövqeyinin möhkəmlənməsinə zəmin yaradır. "Rusiya qoşunları Kiyev uğrunda döyüşdə məğlub olub. Onlar Ukraynanın şərqində və cənubunda ləng amma intensiv hücumu davam etdirir. Bu onların son müqavimətidir. Biz başa düşürük ki, indi Kremil bütövlükdə Ukraynanı işğal edə bilməyəcəyini anladıqdan sonra daha çox ərazi ələ keçirmək niyyətindədir ki, danışıqlar masasında bazarlıq etməyə kifayət edəcək imkanları olsun", - deyə o bildirib.

Blinken həmçinin xatırladıb ki, ABŞ və digər dövlətlər Rusiyaya qarşı güclü sanksiyalar tətbiq edib və bu prosesə nəzarətə xüsusi diqqət ayırır.

O qeyd edib ki, NATO şərq cinahında və öz ərazisini və azadlığını cəsarətlə müdafiə edən "Ukraynaya tarixi səviyyədə hərbi və digər yardımlar" göstərir.

Bundan əvvəl ABŞ prezidenti Co Baydenin Ukraynaya 1 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrıldığını elan etdiyi bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »