Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Ukrayna taxılının ixracı üçün yeni mexanizm formalaşdırıb
Türkiyə Ukrayna taxılının ixracı üçün yeni mexanizm formalaşdırıb

Türkiyə Müdafiə Nazirliyinin təşəbbüsü ilə taxıl böhranı ilə əlaqədar Ukrayna və Rusiyayla xüsusi əlaqə kanalı yaradıb.

APA-nın verdiyi xəbərə görə, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

Hulusi Akar Türkiyə Müdafiə Nazirliyinin təşəbbüsü ilə taxıl böhranından çıxmaq üçün “qırmızı xətt” formalaşdırıldığını açıqlayıb.

Qeyd edək ki, ötən həftə Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov və rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Əsas müzakirə mövzularından biri isə Ukrayna limanlarından taxıl yüklü gəmilərin çıxması olub.

Ankaranın təşəbbüsü ilə formalaşdırılan “qırmızı xətt”lə bağlı hər ölkədən general rütbəli 1 nümayəndə prosesə cəlb olunub. Ukrayna və Rusiya təmsilçiləri bu “qırmızı xətt” vasitəsi ilə Ukrayna taxılının ixracı məsələlərinin müzakirəsi üçün Türkiyə ilə birbaşa əlaqə yarada biləcək.

Son xəbərlər
Bütün xəbərlər »