Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ Rusiya hədəflərini vurmaq üçün Ukraynaya kömək edəcək" - Pentaqon
"ABŞ Rusiya hədəflərini vurmaq üçün Ukraynaya kömək edəcək" - Pentaqon

ABŞ Müdafiə Nazirliyi tezliklə Ukrayna hərbçilərinin HIMARS və MLRS istifadə edəcəyini bildirib. Bu raket sistemləri Ukrayna Silahlı Qüvvələrinə Rusiya qoşunlarının mövqelərini effektiv şəkildə vurmağa kömək edəcək.

Bizimyol.info “The Washington Post”-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun siyasi məsələlər üzrə müavini Kolin Koul brifinqdə danışıb.

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri çoxsaylı buraxılış raket sistemlərindən (MLRS) istifadə etməklə Rusiya qoşunlarının hədəflərinə zərbələr endirmək üçün ABŞ-dan kəşfiyyat məlumatlar; da alacaq. Koulun sözlərinə görə, bu, Ukrayna ərazisindəki düşmən hədəflərinə aid olacaq.

Koul tezliklə HIMARS və MLRS-nin Ukrayna hərbçiləri tərəfindən istifadə ediləcəyini gözləyir. Bundan əlavə, ABŞ Ukraynaya bu növ silahların tədarükünü davam etdirmək niyyətindədir. "Biz ukraynalıları Ukrayna ərazisində seçdikləri hədəflərə zərbə endirmək üçün lazım olan silahlarla təmin edəcəyik. Hazırda biz bu sistemlərin çatdırılmasını gözləyirik”,- deyən Koul bildirib ki, hərbi texnikanın göndərilməsi davam etdiriləcək.

ABŞ Müdafiə Nazirliyi onu da bildirib ki, Amerika kəşfiyyatı Ukrayna ordusuna Rusiya Silahlı Qüvvələrinin mövqelərini effektiv şəkildə vurmağa kömək edəcək. Bununla yanaşı, əlavə döyüş sursatı istifadə etməyə ehtiyac qalmayacaq. Kolin Koul bildirib ki, son dərəcə dəqiq və güclü çoxlu raket sistemləri HIMARS və MLRS zərbələri hava hücumları ilə müqayisə edilə bilər.

Xatırladaq ki, iyunun 9-da ABŞ ordusunun generalı Mark Milli Ukrayna hərbçilərinin HIMARS-MLRS-də təlim keçməsi üçün 3-4 həftənin kifayət edəcəyini bildirmişdi. Onun sözlərinə görə, sürətləndirilmiş proqram hazırlamaq qərarı verilib. O, bildiirb ki, Ukrayna Silahlı Qüvvələrində çox yaxşı artilleriyaçılar var, onları sıfırdan öyrətməyə ehtiyac yoxdur. İyunun 3-də isə bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri artıq MLRS-HIMARS-ı öyrənməyə başlayıblar.

Qeyd edək ki, iyunun 1-də ABŞ prezidenti Co Bayden Ukraynanın yeni hərbi yardım paketinin bir hissəsi olaraq, HIMARS-MLRS alacağını təsdiqləyib. Bundan əlavə, ABŞ Ukraynaya haubitsalar, helikopterlər, minlərlə "Javelin" və "Stingers", həmçinin "Switchblade" killer dronlarının yeni partiyasını göndərəcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »