Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu ilin 10 ayı ərzində istehlakçı qruplar üzrə ötürülmüş enerjinin dəyərinin yığımı 84% təşkil edib”
"“Azərişıq” ASC yarandığı ilk gündən etibarən üzərinə çox ciddi və məsuliyyətli missiya götürüb. Bu missiya istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirmək, yəni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəni,\ habelə bu sahənin inkişafı ilə bağlı zəruri tədbirləri yerinə yetirmək, ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaqdır". Bunu Şirvan RETSİ sədri Hikmət Həsənov bildirib.

Onun sözlərinə görə, “Azərişıq” ASC sədrinin İ-17/0043 saylı, 13.01.2017-ci il tarixli əmrinin icrasının təmin edilməsi məqsədi ilə şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, qeydiyyatsız və sayğacsız enerjidən istifadə hallarının, israfçılığın qarşısının alınması, həmçinin elektrik enerjisinin realizasiyasının tam həyata keçirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilir.

Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi 6 (Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı) rayonun enerji təchizatını həyata keçirir. Şirvan RETSİ ümumilikdə 145687 abonentə xidmət edir ki, bunlardan 132850 əhali, 361 qaçqın və məcburi köçkün, 12476 abonent isə qeyri əhali sektoruna aiddir.

Abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün region ərazisində bir çox yenidənqurma işləri aparılmış və aparılmaqdadır. Belə ki, “Azərişıq” ASC yaranan dövrdən həm cəmiyyətin daxili imkanları və həm də Asiya İnkişaf Bankının kreditləşmələri hesabına infrastrukturun yaxşılaşdırılması məqsədilə 3 ədəd 110 kV-luq, 10 ədəd 35 kV-luq yarımstansiya tikilmiş və yenidən qurulub. 101,1 km 110 kV-luq hava xətti, 51,5 km 35 kV-luq hava xətti, 105,2 km 6/10 kV-luq hava xətti təmir edilmiş və ya yenidən qurulmuşdur. 426 ədəd 110 kV-luq dayaq, 273 ədəd 35 kV-luq dayaq, 1985 ədəd 6/10 kV-luq dayaq basdırılıb. Bundan əlavə 221,2 km 0,4 kV-luq şəbəkə yenidən qurulmuş, 4641 ədəd 0,4 kV-luq dayaq basdırılıb. O cümlədən 95,7 km özünü daşıyan izolyasiyalı naqil (ÖİN) çəkilmişdir. Müxtəlif güclü 78 ədəd yeni müasir tipli komplekt transformator məntəqəsi (KTM) quraşdırılaraq abonentlərin enerji təchizatı yaxşılaşdırılıb.

Elektrik enerji təchizatında kənar müdaxilələrin və texniki itgilərin qarşısını almaq məqsədilə Hacıqabul Elektrik Şəbəkəsinin Navahı, Rəncbər, Qubalı, Meyniman, Abdulabad, Padar, Udulu kəndlərində. Salyan EŞ-nin Xıdırlı, Qaraçala, Kürsəngi kəndlərində. Neftçala EŞ-in Surra, Həsənabad, Qədimkənd, Xıllı kəndlərində. Sabirabad EŞ-in Cavad, Əlcanlı, Qəzli, Azadakənd, Axtaçı kəndlərində. Saatlı EŞ-in Günəşli, Fətəlikənd, Əlisoltanlı, Qarayevkənd kəndlərində yenidənqurma işləri aparılır.

Ümumilikdə Şirvan RETSİ üzrə 13976 ədəd sayğac quraşdırılıb ki, bunlardan 1097 ədəd yeni abonentlərə quraşdırılmış sayğaclardır və 12879 ədəd sayğac isə yenisi ilə əvəz olunub.

2017-ci ilin 10 ayı ərzində bütün istehlakçı qruplar üzrə ötürülmüş enerjinin dəyərinin yığımı 84%, əhali sektoru üzrə 98,4% təşkil edib. Aparılmış tədbirlər nəticəsində 10 ay ərzində texnoloji itginin səviyyəsi 10%-ə salınıb.

[gallery columns="1" size="full" ids="40839,40840">

Son xəbərlər
Bütün xəbərlər »