Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kim dedi ki, iki ildən sonra Ukrayna dünya xəritəsində mövcud olacaq?"
"Kim dedi ki, iki ildən sonra Ukrayna dünya xəritəsində mövcud olacaq?"

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın müharibə apardığı Ukraynanın gələcəkdə mövcud olub-olmayacağı barədə maraqlı şərh verib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Medvedev bu barədə Teleqram kanalında yazıb.

“Mən bir müddət əvvəl bir mesaj gördüm ki, Ukrayna “lend-liz” altında öz xaricdəki sahiblərindən 2 il sonra çatdırılma haqqı ilə mayeləşdirilmiş qaz almaq istəyir. Əks halda, qarşıda gələn qışda sadəcə, donacaq. Bu zaman bir sadə sual yaranır: Kim dedi ki, iki ildən sonra Ukrayna dünya xəritəsində mövcud olacaq?”,- deyə yazan Medvedev qeyd eidb ki, Amerikalılar Rusiya əleyhinə layihəyə o qədər sərmayə qoyublar ki, artıq qalan heç bir şey onların vecinə də deyil.

Medvedev bu açıqlaması ilə etiraf edib ki, müharibənin səbəbi Donbass sakinlərində deyil, NATO-dan gələn təhlükədə, hətta xəyali “bioloji laboratoriyalarda” və “nüvə inkişaflarında” da deyil. Rusiyanın məqsədi Ukraynanı məhv etməkdir.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krım yarımadasını və şərqi Ukraynanın bir hissəsini işğal edərək, Ukraynaya qarşı 8 il hibrid müharibə aparıb. 2022-ci il fevralın 24-də isə, Ukraynaya genişmiqyaslı açıq işğala başlaıb.

Vladimir Putin və onun təbliğatçıları müharibəni “xüsusi hərbi əməliyyat” adlandırırlar. Kreml müharibə planlaşdırmadığı, Ukraynada hakimiyyəti dəyişməyə çalışmadığı və məqsədinin Donbası legitim hakimiyyətlərdən qorumaq olduğu barədə açıqlamalar verir. Əslində isə məqsəd bütün Ukraynanı ələ keçirməkdir.

Rusiya ordusunun məqsədi, Ukraynanın şərq və cənub bölgələrinə nəzarət etməkdir. Belə olarsa, Krım materikdən su ala bilər və eyni zamanda Rusiya Federasiyasına quru yolu açıla bilər.

Qeyd edək ki, Medvedev Rusiya siyasətində ciddi fiqur sayılmır. Prezidentlik dönəminə ara verməli olduğu zaman Putin məhz Medvedevi "kukla" olaraq prezident postunda oturtmuşdu. Putinin "oyuncaq siyasətçisi" kimi tanınan Medvedevin ayıq vaxtları da az olur. Bu açıqlamanı yazdığı dəqiqələrdə də ayıq olması ehtimalı çox azdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »