Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya hərbi gücünü itirib, əməliyyatların dayanmasına bir neçə ay qalıb"
"Rusiya hərbi gücünü itirib, əməliyyatların dayanmasına bir neçə ay qalıb"

Rusiya Ukraynada müharibənin ilk 100 günündə hərbi potensialının böyük hissəsini istifadə edib. Bu səbəbdən də, bir neçə aydan sonra o, hücumu yavaşlatmalı olacaq. Eyni zamanda Rusiyada səfərbərliyin olacağı da gözlənilir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ mətbuatı Avropa İttifaqındakı yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb. Vəziyyətlə tanış olmuş yüksək rütbəli avropalı rəsmilərin sözlərinə görə, Rusiya Ukraynanı işğal etdiyi ilk 100 gündə hərbi potensialının böyük hissəsini itirdiyinə görə, Uzaq Şərqdə olan köhnə tanklar da daxil olmaqla, canlı qüvvə və silah üçün ölkəni araşdırır.

Belə ki, Rusiya Federasiyasının kütləvi şəkildə yenidən qruplaşması üçün “hərbi əməliyyatı” dayandırmasına cəmi bir neçə ay qalıb. Kreml də Rusiya prezidenti Vladimir Putinin indiyə qədər qaçmağa çalışdığı kütləvi səfərbərliyə çağırmaq məcburiyyətində qala bilər.

Bu isə, müharibənin planlaşdırıldığı kimi getmədiyini açıq şəkildə etiraf etmək deməkdir. Həmçinin nəşr bildirir ki, Rusiyanın problemləri Donbassın şərqində, Ukrayna silahlı qüvvələrinə yardım göstərilə biləcək qədər tez bir zamanda ortaya çıxmaya bilər.

Ukrayna rəsmilərinin sözlərinə görə, Ukrayna silahlanma baxımından Rusiyadan əhəmiyyətli dərəcədə zəifdir. Hər gün 100-ə yaxın və daha çox insan həlak olur. Eyni zamanda Severodonetsk və Lisiçansk şəhərləri ətrafında tədricən ərazi itirir.

Nəşrin məlumatına görə, Rusiya bu iki şəhəri - xüsusilə də hələ də Ukraynanın nəzarətində olan strateji əhəmiyyətli Lisiçansk şəhərini alsa, Putinin müharibənin əvvəlində qarşıya qoyduğu məqsədlərdən birinə nail olacaq, bütün Luqansk vilayətini ələ keçirə biləcək.

Qeyd edək ki, Ukrayna Qərbin vəd etdiyi ağır silahları hələ də ala bilməyib. Xüsusən də Almaniya Ukraynanı aldatmağa davam edir. Rəsmi berlin ağır silahlar vəd etsə də, hər dəfə onların çatdırılmasını süründürür. Sonuncu açıqlamada bildirilirdi ki, silahlar Ukraynaya oktyabr ayında çatdırılacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »