Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ankaranın və Bakının təhlükəsizliyi bir-birindən keçəcək"
"Ankaranın və Bakının təhlükəsizliyi bir-birindən keçəcək"

“Şuşa Bəyannaməsi sadəcə Türkiyə və Azərbaycan arasındaki bir bəyannamə olmaqdan çox, dünyada iki ölkə arasında dostluq, qardaşlıq və stratejik müttəfiqlik baxımından nümunəsi olmayan tarixi sənəddir. Qars müqaviləsi necə bir qiymətli müqavilədirsə, Trabzon və Batumi müqavilələri necə qiymətli müqavilədirsə, Əsrin müqaviləsi deyilən Bakı-Tbilisi-Ceyhan əsrin müqaviləsidirsə, Şuşa Bəyannaməsi də son yüzilliyin və gələcək yüzilliklərin tarixində heç bir zaman silinməyəcək şəkildə ortaya qoyulmuş bir müqavilədir”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz danışıb. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə, BMT-nin üzvü olan 183 ölkə arasında, heç bir iki ölkə arasında olmayan NATO-nun beşinci maddəsinə bənzər “bir ölkə təhdid olunduğu zaman digər ölkənin də təhdid olunmuş sayılması” qaydası gətirilmişdir.  General bildirir ki, bu dünyada bir ilkdir.

Yücel Karauz Yücel Karauz

“Bu maddəyə görə Ankaranın təhlükəsizliyi Bakıdan, Bakının təhlükəsizliyi Ankaradan keçəcək. Cənab prezidentin “TEKNOFEST”-də dediyi kimi: "Bizim üçün Ankara nədirsə, Bakı da odur. Azərbaycan üçün Bakı nədirsə, Ankara da odur."

Nəticə olaraq, Şuşa Bəyannaməsi siyasi, hərbi, müdafiə sənayesi, mədəniyyət, elm, texnologiya, əlaqə, media sahələri daxil olmaqla, son bir ildə, yəni, imzalandıqdan sonrakı bir ildə ölkələr arasındak münasibətlərin son otuz ildə qət etdiyi məsafə qədər məsafə qətt etməsini təmin edən bir bağdır. Buna görə də Şuşa Bəyənnaməsi ilə ortaya qoyulan hədəflər, prinsiplər həyata keçirilmiş və çox böyük bir məsafə qətt etmişdir.

General bildirir ki, Şuşa Bəyannaməsi dosta inam, düşmənə qorxu verən bir bəyannamədir. Hücumçu deyil, müdafiəçidir. BMT hüququ içərisində və hüquq qaydaları çərçivəsində imzalanmış bir bəyannamədir. Eyni zamanda yaradılmış Ortaq Təhlükəsizlik Şurası həm ölkələrimizlə bağlı, həm regional, həm də global təhdidlərin və vəziyyətlərin aşkar edilməsi, bu təhdid və vəziyyətlərə qarşı tədbir görülməsi mənası ilə də dünyada bir ilk qurumdur.

“Şuşa Bəyannaməsində xüsusiyyətlə Naxçıvanın vəziyyətinə diqqət edilməsi də önəmli bir haldır. Bunu qeyd etmək istədim. Eyni zamanda, rus-Türk ortaq müşahidə mərkəzinin, Qarabağdaki sülhün təsisi, uzunömürlülüyü və əminamanlığın təmin edilməsindəki rolunun vurğulanması da, eyni zamanda, siyasi və diplomatik tərəfdən önəmlidir” - deyə Yücel Karauz bildirib. Onun sözlərinə görə, Türkiyə Azərbaycan münasibətləri Türkiyə Cümhuriyyətinin qurucusu Başkomandan Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fəlsəfəsi ilə davam edir.

“Bu günə qədər gələn fəlsəfəni Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev gələcək nəsillərə miras olaraq, ayrılmaz bir yol olaraq beyinlərdə, ürəklərdə, dillərdə hədəf olaraq, bir “qızıl alma” olaraq, oraya qoyublar” - deyə general-mayor əlavə edib.

Keçmiş hərbi attaşe bildirir ki, hərbi sahədə Türk ordu modelinə keçilməsi, komandanlıq fəaliyyətləri, koordinasiya fəaliyyətləri, komando birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin qurulması, “Efes” təlimi başda olmaqla digər təlimlərə qatılma, azad edilmiş torpaqlar daxil olmaqla müdafiə sənayesi sahəsində birgə istehsalların olması, ən son “Teknofest” Azərbaycan 2022-nin uğurla başa çatması, bunu göstərir ki, “Qızıl Alma” İHA-sını Azərbaycan və Türk gəncləri bərabər Anadolu Türkiyəsindəki Türk gəncləri birgə yaradacaq və o “Qızıl Alma” İHA-sı səmada Azərbaycan və Türk bayraqlarını dalğalandıracaq.

“Yaşasın Azərbaycan! Yaşasın Türkiyə! Bu fəlsəfə, eyni zamanda Türk Dövlətləri Təşkilatını və Türk dövlətləri arasındaki münasibətlərə də əsas təkan verən mühərrik halına gəlmişdir. İstanbul zirvəsilə Türk Dövlətləri Təşkilatına çevrilmiş bu birlik 2030-cu il üçün hədəfləri açıqlamış və əlaqələrin daha da gücləndirilməsi mövzusunda fikir birliyinə nail olunub. Təbii ki, bu Şuşa Bəyannaməsi Qafqazda Azərbaycan və Türkiyəsiz söz deməyin mümkün olmadığını, hər kəsin ona görə işini planlaması və sülh çərçivəsində bölgəyə əminamanlığın, rifahın və sabitliyin gəlməsinə töhvə verməsi baxımından çox vacib bir inkişafdır” - deyə Yücel Karauz əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »