Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident ixtiraların xaricdə patentləşdirilməsi ilə bağlı fərman verib
Prezident ixtiraların xaricdə patentləşdirilməsi ilə bağlı fərman verib

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşlarının ixtiralarının xaricdə patentləşdirilməsinə dəstək veriləməsi ilə bağlı fərman imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib

Fərmana əsasən, Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizi dövlət tərəfindən maliyyələşdiriləcək.

Nazirlər Kabineti nəzərdə tutulan xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Maliyyə Nazirliyinə fərmanda nəzərdə tutulan maliyyələşməni həyata keçirmək üçün tələb olunan vəsaitin hər il dövlət büdcəsindən Əqli Mülkiyyət Agentliyinə ayrılmasını təmin etmək tapşırılıb.

Əqli Mülkiyyət Agentliyi bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »