Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna rəsmisi Şolza: "Uşaqların ölümünə görə Siz də məsuliyyət daşıyırsınız"
Ukrayna rəsmisi Şolza: "Uşaqların ölümünə görə Siz də məsuliyyət daşıyırsınız"

Ukrayna prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç Almaniya kansleri Olaf Şolzu Ukraynaya silah tədarükünü gecikdirdiyinə görə tənqid edib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Arestoviç bu barədə BİLD nəşrinə müsahibəsində danışıb.

Aleksey Arestoviç Aleksey Arestoviç

Onun sözlərinə görə, Almaniyanın vəd etdiyi ağır silahlar Ukrayna Silahlı Qüvvələrinə böyük köməklik göstərəcəkdi. Amma bu silahlar gecikdirildiyinə görə, Arestoviçin fikrincə, Şolz mülki ukraynalıların ölümünə görə müəyyən dərəcədə məsuliyyət daşıyır.

Arestoviç həmçinin Şolzla görüşərsə, ona deyəcəyi sözləri də dilə gətirib: “Cənab Şolz, ölən əsgərlərimizə və mülki vətəndaşlarımıza görə Siz də məsuliyyət daşıyırsınız. Uşaqlar hər gün ölür, biz hər gün 100 əsgər itiririk, çünki siz bizə ağır silahlar vermirsiniz. Ukrayna ordusu güclüdür, biz Rusiyanı məğlub edə bilərik. Onları ölkəmizdən çıxara bilərik. Ancaq bunun üçün güçlü silahlara ehtiyacımız var”.

Prezident Aparatı rəhbərinin müşaviri qeyd edib ki, Almaniya hökuməti çox şey vəd etsə də, buna baxmayaraq, indiyədək Ukraynaya çatdırılma olmayıb. "Almanlar çox şey vəd etdilər, bizə. 88 Leopard tankı, 50 Gepard sistemi və zenit sistemi verməyi qərara almışdılar. Bu, Ukrayna ordusundakı iki briqada üçün kifayət edərdi",- deyə o bildirib.

Onun sözlərinə görə, bu sayda ağır silahı olan hərbçi cəbhə xəttində olsaydı, o zaman Xersonu geri ala və ya Rusiya silahlı qüvvələrini Popaznaya və Severodonetskdən çıxarmaq olardı. "Bu gün iki briqada böyük qüvvədir",- deyə Arestoviç bildirib.

Merkel - Putin Angela Merkel və Vladimir Putin

Xatırladaq ki, Almaniyanın əvvəlki kansleri Angela Merkel Putinlə sıx əlaqələr qurmuşdu. ABŞ Almaniyanı çəkindirməyə çalışsa da, Merkel Rusiya ilə əməkdaşlığı durmadan dərinləşdirirdi. Ardınca hakimiyyətə gələn Olaf Şolz da Merkelin xəttini davam etdirir. Almaniya sözdə Rusiyanı qınasa da, Ulraynaya real yardımlar göstərmir. Hətta son aylar ərzində Rusiyadan Almaniyaya idxal həcmi də əhəmiyyətli dərəcədə artıb. Şolz Ukraynaya ağır silahlar vəd etsə də, göndərməyə tələsmir. Sonuncu açıqlamaya görə, silahlar Ukraynaya oktyabrda çatdırılacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »