Bu gündən çimərlik mövsümü başlayır. Bakıda və Abşeronda dəniz sahilinin çox hissəsində çimərliklər demək olar ki, nəzarət altındadır.
Bəzi çimərliklərə – “xalq çimərlikləri” nə nəzarət edilmir ki, ən çox da dənizdə batan elə bu ərazilərdə olur.
Yayda dənizdə istirahət edib, batma təhlükəsi ilə qaşrılaşmamaq üçün isə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi ərazini seçmək lazımdır. Qeyd edək ki, yay aylarında FHN-nin müvafiq qurumu gücləndirilmiş rejimlə çalışır.
Hansı ərazilər təhlükəlidir?
Xəzər rayonu Şüvəlan qəsəbəsində "Mil-Qaya" və "Şimal Qres" adlanan əraizləri təhlükəli ərazilər hesab edilir. Burada sualtı axınlar var. Suyun altında daş-qaya parçaları da var. Bu ərazilərdə sualtı axın da normadan artıqdır. Digər ərazi isə Nardaran yolunun üzərində “12 dalan” adlanan yerdir. Əvvəllər bura əhali arasıdna “rus çimərliyi” adlanırdı. Bura da çimmək üçün təhlükəli hesab edilən çimərlikdir”.
Bu barədə Bizimyol.info xəbər portalına Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili danışıb.

Onun sözlərinə görə, Ləhiş bağlarında "Estekada", Goradil və Novxanı qəsəbələri arasında "Sarı Qaya", Novxanıda "Ləman" çimərliyinin yaxınlığı, Qaradağ rayonunda "Mayak" eyilən ərazidə Azpetrol yanacaq doldurmaq məntəqəsi ilə üzbəüz olan ərazi çimərliklərində sualtı axınlar normadan artıqdır. Bu ərazilərdə qayalıqlar da var. A.Əlili bildirib ki, vətəndaşlar bu kimi ərazilərdən çimərlik kimi istifadə etməməlidir.
“Statistikaya nəzər salsaq insanlar, adətən nəzarət olunmayan çimərliklərdə, ərazilərdə boğulurlar. Bunun bir çox səbəbləri vardır. Səbəblərdən biri həmin o nəzarət olunmayan ərazilərdə, sualtı hissədə, relyefdə daş, qaya parçaları və digər yad cisimlərin insanları zədələməsi, qəfləti dərinliklər, çuxurlar, yarğanlar və ən əsası sualtı axınlardır. Əgər, biz dənizdə üzürüksə, sahilə doğru çıxmağa doğru çıxmağa can atırıqsa, lakin sahilə çıxa bilmiriksə, bu o deməkdir ki, biz sualtı axına düşmüşük. Sualtı axından qurtulmaq çox sadədir. Vətəndaşlar yadda saxlamalıdırlar ki, sualtı axınlar insanı suyun altına çəkmirlər. Panikaya düşməməlidirlər. Sualtı axınlar bir o qədərdə dərin ərazidə olmur. Bu baxımdanda biz sahilə paralel istiqamətdə 5-10 metr rahat üzərək, təşvişsiz üzərək axından qurtula bilərik”-deyə o əlavə edib.
Şöbə rəisinin sözlərinə görə, nəzarət edilən ərazilərdə vaxtında bütün bu təhlükələr öyrənilir, aradan qaldırılır və həmin ərazilərə xüsusi qadağanedici nişanlar qoyulur.
Aqşin Əlili xüusi olaraq vurğulayıb ki, ötən il xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə bağlı suda boğulma hadisəsi baş verməyib: “ 227 suda boğulma riski ilə üzləşən şəxslər xilasedicilərimiz tərəfindən xilas olunub və onlar sağlam həyatlarına davam edir”.
İlahin, Bizimyol.info