“Fövqəladə Hallar Nazirliyi kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq, zəruri təhlükəsizlik tədbirlərini həyata keçirir. Aprel ayından etibarən sahilboyu ərazilərdə yerli icra nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlərdə aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətlərin müşavərələr təşkil olunub. Həmin o müşavərələrdə, monitorinq zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların həlli üçün aidəti olaraq qurumlara tapşırıqlar verilib. Eyni zamanda, monitorinq prossesində təhlükəli çimərlik əraziləridə müəyyən olunub”.
Bu barədə Bizimyol.info xəbər portalına Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili danışıb.

O, qeyd eidb ki, bununla yanaşı, xidmətin nəzarət etdiyi çimərliklərdə, o cümlədən, ictimai çimərliklərdə dalğıçlar vasitəsi ilə sualtı baxışlar keçirilib. Sualtı təmizləmə işləri aparılıb. Çimərlik relfeyi daş, qaya parçaları və digər yad cisimlərdən təmizlənib. Eyni zamanda, üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılıb.
Ərazilərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün marifləndirici lövhələr yerləşdirilib.
Xilasetmə texnika və vasitələr işlək vəziyyətə gətirilib.
“Onu da qeyd edim ki, iyun ayının 15-dən etibarən xidmət əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Vətəndaşlara ilkin olaraq müraciət edirik ki, nəzarət olunmayan çimərliklərdən istifadə etməsinlər. Əgər, hər hansı bir çimərlikdə xilasedici yoxdursa, bu həmin ərazidə təhlükəsizlik tədbirləri görülmədiyini və həmin ərazidə istifadənin təhlükəli olduğunu bildirir.
Məntiqlə də biz dənizdə üzərkən boğulma təhlükəsi ilə üz-üzə qalırıqsa, bizim köməyimizə kim çatmalıdır, əlbətdə ki, xilasedici. Əgər, bir ərazidəki xilasedici yoxdursa, bu o deməkdir ki, bizim köməyimizə heç kim çatmayacaq və biz boğulacağıq. Buna görə də, bir daha müraciət edirik ki, ilkin olaraq nəzarət olunmayan ərazilərdən istifadə olunmasın”,- deyə o əlavə edib.
A.Əlili vurğulayıb ki, nəzarət olunan çimərliklərdə isə küləkli havada, dalğalı dənizdə suya girmək, üzmə sərhədlərini müəyyən edən niçanları ötüb keçmək, suda kobud hərəkətlər etmək, spirtli içki qəbul edərək suya daxil olmaq qadağandır.
Yadda saxlamaq lazımdır ki, çimərliklərdə uşaqlar yalnız böyüklərin müşayəti ilə istifadə etməli və uşaqlar nəzarətsiz qoyulmamalıdır. Ərazidə quraşdırılmış marifləndirici lövhələrin tələblərinə və xilasedicilərin göstərişlərinə sözsüz əməl olunmalıdır. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir.
Çimərliklərdə təhlükəsiz istirahət saat 09:00-dan 20:00-dəkdir.
İlahin, Bizimyol.info