Rusiya Prezidenti Vladimir Putin XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) plenar iclasındakı çıxışında dünya siyasəti və iqtisadiyyatındakı vəziyyəti, o cümlədən sanksiyalar, ticarət müharibələri, haqsız rəqabəti dəyərləndirəcək. Prezidentin çıxışı Rusiyanın iqtisadi inkişafının gələcək istiqamətlərinə həsr olunacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.
“Prezidentin çıxışının mətninə gəlincə, o, hazırda hazırlanma ərəfəsindədir”, - deyə Uşakov bildirib.
“Prezidentin dünya iqtisadiyyatında və siyasətində mövcud vəziyyətə qiymət verəcəyi gözlənilir. Təbii ki, biz bu gün qlobal iqtisadiyyatın üzləşdiyi problemlərdən, ədalətsiz dövlətlərarası rəqabətdən, bazar uğrunda qəbuledilməz mübarizələrdən, ticarət və maliyyə müharibələrindən, sanksiyalardan, məhdudiyyətlərdən və s. haqqında danışacağıq”, - deyə Kreml sözçüsü bildirib.
Uşakov əlavə edib ki, prezident çoxqütblü iqtisadi modelin formalaşması ilə bağlı öz qiymətləndirməsini bölüşəcək. “Dövlət başçısı bu prosesin bütün qlobal bazar iştirakçıları üçün açdığı imkanlar və perspektivlər barədə dəyərləndirmə yolları barədə danışacaq”, - deyə prezidentin köməkçisi qeyd edib.
Rusiya prezidenti Vladimir Putinin "SPBİF"dəki çıxışının böyük hissəsi ölkənin gələcək iqtisadi inkişafına həsr olunacaq.
“Prezident nitqinin əhəmiyyətli hissəsini Rusiyanın bu gün və sabah qarşılaşacağı vəzifələrə həsr edəcək: ölkənin gələcək iqtisadi inkişafının təmin edilməsi, daxili işgüzar fəallığın stimullaşdırılması, biznesin rahat aparılması üçün şəraitin yaradılması, xarici ticarətin və investisiyaların gücləndirilməsi vəzifələrinin ədalətlə yerinə yetirilməsi prosesinə çıxışında xüsusi yer ayıracaq”, - deyə Kremlin nümayəndəsi verdiyi məlumatda qeyd edib.
Qadir, Bizimyol.info