Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AKP sözçüsü İsrail XİN rəhbərinə cavab verib: “Türkiyə təhlükəsiz ölkədir”
AKP sözçüsü İsrail XİN rəhbərinə cavab verib: “Türkiyə təhlükəsiz ölkədir”

Türkiyə təhlükəsiz ölkədir.

APA xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İsrailin xarici işlər naziri Yair Lapidin ölkə vətəndaşlarını Türkiyəyə səfəri təxirə salmaqla bağlı xəbərdarlığına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə öz vətəndaşlarını, eyni zamanda, ölkəyə səfər edən turistləri qoruyacaq təhlükəsiz bir ölkədir.

Xatırladaq ki, İsrail xarici işlər naziri Yair Lapid ölkə vətəndaşlarına xəbərdarlıq edərək onları Türkiyəyə səfəri təxirə salmağa çağırıb. O bildirib ki, İran agentləri israilliləri öldürmək və ya qaçırmaq niyyətindədir. Bunu real təhlükə adlandıran Yair Lapid səbəb kimi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvünün öldürülməsinə görə, İranın qisas almaq istəyini əsas göstərib və əlavə edib ki, İstanbula səyahət etmək istəyən İsrail vətəndaşlarına qarşı hücum cəhdləri ola bilər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »