Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna, Gürcüstan və Moldovanın namizədliklə bağlı rəyi cümə günü açıqlanacaq
Ukrayna, Gürcüstan və Moldovanın namizədliklə bağlı rəyi cümə günü açıqlanacaq

İyunun 17-də Avropa Komissiyası Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqına üzvlüyünə namizəd statusu ilə bağlı müraciətlərinə dair rəylər təqdim edəcək və ona əsasən, bu ölkələrə namizəd statusunun verilib- verilməməsi məsələsi həll olunacaq.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Erik Mamer brifinqdə deyib.

“Mətbuatda oxudum ki, Komissiya dünən qərar verib. Amma bu tamamilə yanlışdır. Komissiya dünən heç bir qərar verməyib. O, cümə günü qəbul ediləcək qərarı hazırlamaq üçün panel üzvlərinə bu məsələ ilə bağlı fikir və baxışlarını ifadə etməyə imkan verən giriş debatı keçirib”, - o qeyd edib.

Onun sözlərinə görə, Avropa Komissarları Şurasında bu məsələ müzakirə olunur.

Son xəbərlər
Bütün xəbərlər »