“Prezident Co Bayden prezident seçkilərində qalib gələnə qədər mən artıq onunla o vitse-prezident vəzifəsində olan zamandan işləmişdim. Adətən, hakimiyyətin bir prezident komandasından digərinə keçidində olduğu kimi, Baydenin adamları əvvəlki prezidentin bir çox siyasətini ciddi şəkildə yenidən qiymətləndirməyə başladılar. 2008-ci ildə Obamanın keçid komandasının üzvü olduğum zaman da eyni işi görmüşdük”.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol danışıb. O, qeyd eidb ki, “Ağ Ev”ə köçdüyü 2020-ci ilin noyabr-dekabr və 2021-ci ilin yanvar ayları arasındakı dövrdə Bayden komandası hələ də Rusiya ilə, yəni Putinlə münasibətlərin sabitləşəcəyinə ümid edirdilər. “Bu məni narahat edirdi. Çünki heç nə, Putinin Bayden administrasiyası ilə belə bir münasibətə hazır olduğunu göstərmirdi. Sonra prezident Cenevrəyə uçdu, Putinlə sammit keçirdi və deyəsən, nəyinsə yoluna düşəcəyinə ümid işığı var idi”,- deyə keçmiş səfir bildirib.

Makfoll müsahibəsində vurğulayıb ki, Putin Qərblə heç bir sabit münasibət istəməyib. “Bu, hələ 2012-ci ildə, mən Rusiyada səfir olanda aydın idi. Biz ona hər hansı bir günahı bizim üzərimizə atması üçün düşmən kimi lazım idik. Ancaq o zaman - hətta belə bir atmosferdə belə, əməkdaşlıq üçün müəyyən çərçivələr var idi. Sonra Tramp dövrü gəldi və əməkdaşlıq hökumətdən şəxsi səviyyəyə keçdi”,- deyə səfir bildirib.
Makfoll həmçinin qeyd edib ki, hazırda o Bayden adminstrasiyası ilə işləyir. “Ukraynaya hansı silahları göndərmək, Rusiyaya hansı sanksiyaları tətbiq etmək və bir sıra digər məsələlərlə bağlı müzakirələrdə iştirak edirəm. Eyni zamanda mən Ukrayna hökumətinin üzvləri ilə daim əlaqə saxlayıram. Keçən sentyabr ayında mən prezident Zelenski ilə Stanford Universitetində görüşdüm, bir neçə həftə əvvəl onunla yenidən virtual görüş keçirdim”,- deyə Makfoll əlavə edib.
Keçmiş səfir bildirib ki, onun üşün Rusiya və Ukrayna arasında danışıqların başlanması üçün məqbul şərt Rusiya qoşunlarının irəliləyişinin dayandırılmasıdır. Buna isə, ukraynalılara lazım olan silahları verməklə nail olmaq olar.
“Artıq bir neçə aydır ki, bunu hər zaman deyirəm. Bu fikri səkkiz il əvvəl, hələ 2014-cü ildə də dmeişdim. Əgər biz Ukraynaya nəzarət etdiyi ərazini qorumaq üçün daha çox vəsait versəydik, kim bilir, bəlkə də yeni işğal baş verməzdi. Amma qoy, tarixçilər bunu müzakirə etsinlər. Bu günə gəlincə, bu, paradoksal səslənə bilər, lakin Ukrayna nə qədər çox silah əldə etsə, sülh bir o qədər tez gələcək”,- deyə Makfol vurğulayıb.
İlahin, Bizimyol.info