Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna məhv edilmiş Rusiya texnikasından pul qazanacaq
Ukrayna məhv edilmiş Rusiya texnikasından pul qazanacaq

Ukrayna ordusu hərbi ləvazimatlara pul toplamaq üçün Rusiyan;n məhv edilmiş raket və helikopterlərinin detallarından hazırlanmış açar zəncirlərini 1000 dollara hərraca çıxarıb.

Bizimyol.info xəbər verrir ki, Ukrayna Britaniya donorlarına 800 funt sterlinqdən çox dəyərində Rusiya təyyarələrindən hazırlanmış suvenirlər təklif edir və ilk auksionda iddiaçılara Ka-52 “Havoc” helikopterlərindən hazırlanmış brelok satılması nəzərdə tutulur.

Bildirilir ki, Kiyev əsgərlər üçün dronların, tibbi ləvazimatlarının, zenit silahlarının alınması üçün internet vasitəsilə pul toplayaraq, müharibə səylərində üzərinə düşəni edir.

Məlumatda bildirilir ki, təklifə, fevralın 24-də başlayan genişmiqyaslı işğaldan sonra Ukrayna qoşunları tərəfindən məhv edilmiş Rusiya hərbi texnikasının hissələri daxildir.

Bildirilir ki, Serhiy Pritula Xeyriyyə Fondu bu gün suvenirlər üçün onlayn hərraca çıxacaq və son dərəcə yüksək tələbat səbəbindən onların bir neçə saat ərzində tükənəcəyinə ümid edir.

Fondun rəhbəri Anna Qvozdiar bildirib ki, Rusiya təyyarəsi və ya helikopterinin qalıqlarının, hər bir parçasından, gövdəsindən hazırlanmış breloklar kimi təxminən 30-40 suvenir ola bilər.

O da qeyd olunur ki, müharibənin ikinci günündə Kiyev yaxınlığında vurulan Rusiyaya məxsus Mi-28 Havoc helikopteri ilk suvenir satış raundunu tamamlamaq üçün istifadə olunacaq. “Düşünürəm ki, insanlar Ukraynanın daha böyük düşmənə qarşı mübarizəsini xatırladan bu kolleksiyadan bir parçanın öz evlərində olmasında çox maraqlı olacaqlar”,- deyə fondun rəhbəri bildirib.

Məlumatda qeyd olunur ki, 1000 dollar, 820 funt sterlinq və ya daha çox məbləğdə ianə suvenir alışını təmin edəcək. Təşkilatçılar ümid edirlər ki, gələcəkdə daha çox rus təyyarəsi, helikopteri vurulacağı üçün ianə sxemini daha da genişləndirə biləcəklər.

"Əsgərlərimiz helikopteri və ya təyyarəni vuranda, bu, hər dəfə kiçik bir qələbədir", - deyə Qvozdiar kampaniya haqqında deyib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »