Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ukrayna nə qədər çox silah alsa, sülh bir o qədər tez gələr”
“Ukrayna nə qədər çox silah alsa, sülh bir o qədər tez gələr”

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mayk Makfol həmişə maraqlı fikirləri ilə fərqlənir. Diplomat, məsələn, rusiyalıları çox qınamağın tərəfdarı deyil. Onun fikrincə, şimal ölkəsində böyük əksəriyyət prezident Vladimir Putin kimi düşünmür. Makfol rusiyalıların Kremlin qorxusundan zərərli görünəcək fikirlər dilə gətirdiyinə inanır.

Bizimyol.info xəbər verir ki, Makfol növbəti müsahibəsində də diqqətçəkən məsələlərdən danışıb. Keçmiş səfir daha dövlət məmuru sayılmasa da, bölgədəki hadisələri diqqətlə izləyir. O, Ukrayna müharibəsi haqqında ardıcıl müsahibələr verir.

Mayk Makfol Mayk Makfol

“Mən Bayden administrasiyası ilə əməkdaşlıq edirəm, müzakirələrdə fəal iştirakım olur. Biz Ukraynaya hansı silahları göndərmək, Rusiyanı tərk etmək məcburiyyətində qalanların taleyi barədə danışırıq. Bundan başqa, mən Ukrayna hökumətinin üzvləri ilə də çox ünsiyyətdə oluram. Müharibəni necə bitirmək haqda söhbət edirik. İndi qeyri-müəyyən vəziyyət yaranıb. Bayden administrasiyasının məqsədini bilirəm – müharibəni bitirmək. Amma Ağ Ev hesab edir ki, bu yalnız Kremlin zəifləməsi ilə mümkündür. Sadəcə, administrasiyanın tərkibində məqsədə necə çatmaqla bağlı ciddi fikir ayrılığı var. Mənim şəxsi qənaətimə görə, Rusiya ordusunun Ukrayna ərazisində irəlilədiyi günlərdə bu məqsədə çatmaq olmaz”.

Makfol inanır ki, Volodimir Zelenski danışıqlara başlamağa hazırdır, amma Putin buna meylli görünmür. Keçmiş səfir Rusiya ordusunun qarşısının alınmasının vacibliyini qeyd edir. “Yalnız bu halda danışıqlar başlaya bilər. Ümumiyyətlə, Ukrayna nə qədər çox silah alsa, sülh bir o qədər tez gələr. Bir aydan çoxdur bu fikri səsləndirirəm. Demişəm, Ukraynaya 2014-cü ildə böyük kömək olsaydı, Rusiya bu dəfə qonşu ölkəyə hücum etməyəcəkdi. Ukraynanın silahlanması ilə bağlı fikrimi Bayden administrasiyasında hamı bölüşmür. Avropalı müttəfiqlərimizin arasında da skeptiklər çoxdur”.

Makfol deyir ki, Rusiyaya sanksiyaların tətbiq edilməsi yaxşıdır, amma bunun konkret məqsədi olmalıdır. Sanksiyalar təkcə cəza mexanizmi funksiyasını daşımamalıdır. “Elə bil avtomobil düzgün parkinq yerinə yetirməyib, cərimə yazırıq. Sanksiyalar belə xarakter almamalıdır. Bunun hər hansı xarici siyasət hədəfi olmalıdır. Yeri gəlmişkən, ukraynalılar arasında da mənim fikrimlə razılaşmayanlar var. Əlbəttə, 2014-cü illə müqayisədə fikrim müəyyən mənada dəyişib. İndi hesab edirəm ki, Rusiya hakimiyyəti qədər rusiyalılar da müharibənin məsuliyyətini daşımalıdır. Doğrudur, hər vətəndaş 15 il həbs almaqdan qorxmayaraq etiraz səsini ucalda bilməz. Qərbdə bunu bəzən anlamırlar. Amma adi rusiyalılarla söhbətdə bir şeyi başa düşürəm: hamı günahsız deyil”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »