Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya iqtisadiyyatına qarşı yeni təzyiq vasitələri barədə düşünürük"
"Rusiya iqtisadiyyatına qarşı yeni təzyiq vasitələri barədə düşünürük"

“Bizdə təkcə sanksiyaların müharibəni bitirəcəyi ilə bağlı heç bir illüziya yoxdur. Sanksiyalar var, lakin onlar kifayət etmir. Bu səbəbdən də biz Rusiya iqtisadiyyatına, biznes sektoruna və fərdlərə qarşı yeni təzyiq vasitələri barədə düşünürük. Biz bütün bunları Ukrayna hökuməti ilə ətraflı müzakirə edirik”.

Bizimyol.info xəbər verir ki, bu barədə “Meduza” saytına ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol danışıb. Onun sözlərinə görə, Bayden administrasiyasının əsas məqsədi müharibəni bitirməkdir: "Elə etmək lazımdır ki, hər iki ölkənin vətəndaşları da ölməsin".

Mayk Makfol Mayk Makfol

Makfol Ukrayna hökuməti ilə əlaqələrindən də danışıb. “Yeri gəlmişkən, mən daim prezident Zelenski ilə əlaqə saxlayıram və o, eyni mövqedən çıxış edir. Onun üçün ilk növbədə, ukraynalıların ölümünün qarşısını almaq lazımdır. Zelenski üçün daha vacib heç nə yoxdur”,- deyə keçmiş səfir qeyd edib.

Sabiq səfir qeyd edib ki, müharibəni dyaandırmağın yolunu Bayden adminstrasiyası təkcə Rusiyanı zəiflətməkdə görmür. Bamxayaraq ki, administrasiyanın bəzi üzvləri bu barədə danışaraq çaşqınlıq yaradıblar. Məqsəd yalnız müharibəni bitirməkdir. “Amma bu məqsədə necə nail olmaq - bu sualla bağlı istər Qərb müttəfiqləri arasında, istərsə də ABŞ administrasiyası daxilində böyük mübahisələr var. Məncə, Putin ordusu Ukrayna üzərindən irəliləməkdə davam etdikcə bu məqsədə nail olmaq mümkün olmayacaq. Çox adam deyir ki, danışıqlar aparmaq lazımdır, danışıqlar masasına oturmaq lazımdır. Məncə, bu sadəlövhlükdür. İnsanlar bu cür mübahisələr edəndə, onlar həmişə Zelenskinin nə etməli olduğunu dəqiq bilirlər, lakin Putinin nə etməli olduğuna dair fikirlərini demək olar ki, heç vaxt bölüşmürlər. Baxmayaraq ki, hər şey onun qərarından asılıdır. Zelenski danışıqlara elə indi başlamaq istərdi, lakin Putin bundan imtina edir”,- deyə səfir qeyd eidb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »