Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya banklarına qarşı sanksiyalar işə düşdü
Rusiya banklarına qarşı sanksiyalar işə düşdü

İyunun 14-dən Avropa İttifaqı Ukraynadakı müharibə ilə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyaların 6-cı paketi çərçivəsində Rusiyanın ən böyük bankı olan “Sberbank”ı, eləcə də “Rosselxozbank” və Moskva Kredit Bankını SWIFT banklararası sistemindən ayırır.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı BBC-nin Rusiya xidməti yayıb.

Sanksiyalar mayın sonunda Avropa liderləri arasında uzun və gərgin məsləhətləşmələrdən sonra razılaşdırılıb. Bir neçə gündən sonra məhdudiyyətlərin əksəriyyəti qüvvəyə minib. Bildirilir ki, bank nümayəndələri SWIFT-in bağlanmasının onların işinə o qədər də təsir etməyəcəyini iddia etməyə davam edirlər.

Rusiya mətbuatı xəbər verir ki, banklar adi qaydada işləyirlər və SWIFT-dən ayrılmaq beynəlxalq hesablaşmalarla bağlı vəziyyəti dəyişmir.

Eyni zamanda, Moskva Kredit Bankı qeyd edir ki, Rusiya daxilində əməliyyatlar həmişəki kimi davam edəcək, lakin xaricdə ödənişlər edərkən onların icrası şərtləri arta bilər.

“Rosselxozbank” isə Rusiyanın bank sistemində fasiləsiz avtonom fəaliyyəti təmin etmək üçün lazımi şəraitin yaradıldığını bildirib.

Xatırladaq ki, bundan əvvəl sanksiyalara görə Rusiyanın yeddi bankı SWIFT-dən ayrılıb: VTB, Otkritie, Novikombank, Promsvyazbank, Rusiya, Sovkombank və VEB (Vneşekonombank).

Xəbər verdiyimiz kimi, iyunun 3-də Aİ Şurası Rusiya Federasiyası və Belarusa qarşı iqtisadi və şəxsi sanksiyaların altıncı paketini təsdiqləyib. Xüsusilə, Aİ Rusiyadan Avropaya xam neft və bəzi neft məhsullarının alınması, idxalı və ya daşınmasını qadağan etmək qərarına gəlib. Onu da qeyd edək ki, Rusiya neftinin mərhələli şəkildə dayandırılması xam neft üçün altı ay, digər neft məhsulları üçün səkkiz aya qədər davam edəcək.

Bundan əlavə, Aİ üç əlavə Rusiya kredit təşkilatına - Rusiyanın ən böyük bankı Sberbank, Moskva Kredit Bankı və Rusiya Kənd Təsərrüfatı Bankına, habelə Belarus İnkişaf Bankına ixtisaslaşmış maliyyə mesajlaşması (SWIFT) xidmətlərinin göstərilməsi ilə bağlı mövcud qadağanı genişləndirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »