Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Bakı Şəhər Halqasının birgə əməkdaşlığı çərcivəsində ölkənin müxtəlif təhsil müəssisələrindən istedadlı şagirdlər Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün dəvət olunub.
Layihənin məqsədi məktəblilər arasında avtoidman yarışlarına marağı artırmaq, onları daha da maarifləndirməkdir. Azarkeşlərlə birgə yarış həyəcanını yaşayan çoxlu sayda məktəbli bu mötəbər tədbirin bir hissəsi olub.
Yarışın təşkilatçısı artıq 6 ildir ki, sosial yönümlü bir çox layihələr həyata keçirərək, Formula 1-in korporativ sosial məəsuliyyət fəaliyyətinə öz töhfəsini verməkdədir.
Hədəf məktəbliləri kiçik yaşlarından bu kimi dünya əhəmiyyətli sürət yarışını yaxından izləmələrinə imkan yaratmaqla yanaşı, onlarda Formula 1 yarışlarına daha çox maraq oyatmaq və gələcəyin Formula 1 pilotunun yetişməsinə dəstək olmaqdır.