"Ukraynadakı münaqişə qızışdırıla bilər və onun təfsirini “pis və yaxşı” olması barədə konkret fikir söyləmək doğru olmaz".
Bizimyol.info xəbər verir ki, bu fikri Roma Papası Fransisk "La Stampa" qəzetinin çərşənbə axşamı dərc etdiyi İsa Cəmiyyətinin Avropa jurnallarının rəhbərləri ilə söhbətində bildirib.
“Təhlükə ondadır ki, biz Ukraynadakı münaqişənin arxasında müəyyən dərəcədə təxribat törədilən və ya qarşısı alınmayan ümumi dramanı görmürük”, - pontifik bildirib.
O, silah satışının münaqişə ilə bağlı olduğuna da diqqət çəkib. “Bu, çox kədərlidir, amma sonda məsələ budur”, - deyə o əlavə edib.
"Kimsə mənə deyə bilər ki, mən Rusiya prezidenti Vladimir Putinin tərəfdarıyam. Bu, belə deyil. Bunu demək sadəlövlhük və səhv olardı. Mən sadəcə olaraq son dərəcə mürəkkəb olan kökləri və maraqları düşünmədən baş verən dağıntıların mürəkkəbliyini yaxşıya və pisə bölməyə qədər adiləşdirmənin əleyhinəyəm. Onları həll etməyə çalışmaq üçün problemləri unutmaq olmaz”, - deyə Fransisk bildirib.
Roma Katolik Kilsəsinin rəhbəri bir müddət əvvəl dərc olunmuş müsahibəsində NATO-nun Rusiyaya diş qıcamaqla Ukraynadakı münaqişədə rol oynadığını deyib. Pontifik bu fikri münaqişə başlamazdan bir neçə ay əvvəl qəbul etdiyi "bir müdrik dövlət başçısı" ilə görüşdə səsləndirildiyini bildirib: "O, NATO-nun etdikləri ilə bağlı son dərəcə narahat olduğunu söyləyib. Mən ondan bunun səbəbini soruşdum. O dedi: "Rusiyanın qapısını döyürlər və başa düşmürlər ki, Rusiya heç bir xarici qüvvənin onlara yaxınlaşmasına imkan verməyəcək". Və sora bildirdi: “Bütün bunlar müharibəyə səbəb ola bilər”. O dövlət başçısı verilən siqnalları dəqiq başa düşmüşdü", - deyə Frensis bildirib.
Qadir, Bizimyol.info