Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskidən "sülh müqabilində ərazi güzəşti" təklifinə cavab
Zelenskidən "sülh müqabilində ərazi güzəşti" təklifinə cavab

Ukrayna müharibədə Rusiyaya uduzsa, hər şeyini itirəcək.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Almaniyanın ZDF televiziyasına müsahibəsində Ukraynanın "sülh müqabilində ərazi güzəşti"nin mümkünlüyü ilə bağlı sualları cavablandırarkən prezident Vladimir Zelenski deyib. O, qeyd edib ki, Ukrayna güclənsə, Rusiya isə zəifləsə, müharibə bitə bilər.

Sülh müqabilində Ukraynaya mümkün ərazi güzəştləri barədə suala Zelenski “biz öz torpağımızdayıq” deyə cavab verib. "Bu, bizim xalqımızdır, bu bizim ərazimizdir və insanları itirmək çox ağrılıdır. Bu belədir, amma bu müharibədə Rusiyaya uduzsaq, hər şeyi itirəcəyik",- deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Moskva müharibəni dayandırmağa hazır olduğu zaman Ukrayna Rusiya Federasiyası ilə danışıqlara hazır olacaq.  “Mənim nəticəsi olmayan söhbətlər üçün vaxtım yoxdur”,- deyə Ukrayna prezidenti bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Zelenski bildirmişdi ki, Almaniya kansleri Olaf Şolz və ümumilikdə Almaniya hökuməti “Ukrayna və Rusiya ilə münasibətlər arasında balans yaratmamalı”, Ukrayna ilə münasibətlərində daha arxayın olmalıdır.

İyunun 12-də isə o, gündəlik müraciətində bildirib ki, Rusiya hakimiyyəti Donbasa ehtiyat qüvvələri - “zəif təlim keçmiş çağırışçılar və gizli səfərbərlik yolu ilə toplananları” gətirməyə çalışır. "Rusiya ordusu Donbasa ehtiyat qüvvələr gətirməyə çalışır. Bəs onların indi hansı ehtiyatı ola bilər? Deyəsən, zəif təlim keçmiş çağırışçıları və gizli səfərbərlik yolu ilə toplananları döyüşə atmağa çalışacaqlar. Rusiya generalları o insanlara sadəcə olaraq, “top yemi” kimi baxır. Onlara sadəcə, sayca üstünlük təmin etmək lazımdır. Bu isə o deməkdir ki, Rusiya iyunda 40.000 “itirəcəyi” əsgəri ilə sərhədi keçə bilər. Onilliklər ərzində Rusiya başqa heç bir müharibədə bu qədər itki verməmişdi",- deyə Zelenski əlavə edib.

Qeyd edək ki, son vaxtlar müharibənin birməsi üçün Ukrayaya "ərazi güzəşti" ilə bağlı təkliflər verilməyə başlayıb. Amma rəsmi Kiyev bu çağırışların hamısına rədd cavabı verib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »