Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu il 15 mindən çox milyonçu Rusiyanı tərk edəcək"
"Bu il 15 mindən çox milyonçu Rusiyanı tərk edəcək"

Miqrasiya məlumatlarının təhlilinə əsasən, 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 15 mindən çox milyonerin Rusiyanı tərk edəcəyi gözlənilir.

Bizimyol.info xəbər verir ki, Londonda yerləşən "Henley & Partners" firmasının immiqrasiya araşdırmalarına əsaslanan məlumatlara istinadən "The Guardian" bildirir ki, sərvəti 1 milyon dollardan çox olan rusiyalıların təxminən 15 faizinin 2022-ci ilin sonuna kimi başqa ölkələrə immiqrasiya edəcəyi gözlənilir.

"Henley" üçün məlumatları toplayan "New World Wealth"in tədqiqat rəhbəri Endryu Amoils: “Varlı şəxslər son on ildə Rusiyanı davamlı olaraq tərk edir ki, bu da, bu ölkənin üzləşdiyi mövcud problemlərin erkən xəbərdaredici əlamətidir. Tarixən, böyük ölkə dağılmaq ərəfəsində olarkən əksər hallarda ilk olaraq imkanları şəxslər ökəni tərk edirlər. Analitiq qabiliyyətə malik insanlar pul qazanmağın yolunu bildikləri kimi onu qorumağı da bacarırlar. Ölkənin gələcəyindəki qaranlıq onların onların varidatını və ailəsini qorumaq qənaətini yaradır. İstənilən ölkədə yaşayacaq gücə sahib olan varlı insanlar, adətən, perspektiv olmayan yerdə yaşamaq istəmirlər, hətta ora vətənləri olsa belə",- deyə qeyd edib.

Dünyanın varlıları ənənəvi olaraq ABŞ və Böyük Britaniyada məskunlaşırlar, lakin "Henley"in araşdırması ruslar üçün Birləşmiş Ərəb Əmirliklərinin də 1 nömrəli təyinat yeri olacağını gözlənilir.

"Böyük Britaniya sərvət mərkəzi tacını itirir və ABŞ dünya zənginləri üçün sürətlə yoxa çıxır. Birləşmiş Ərəb Əmirliklərinin 2022-ci ildə qlobal miqyasda ən böyük xalis milyoner axınını cəlb etməklə onu ötəcəyi gözlənilir", - "Henley"in məlumatında bildirilir.

"İlin sonuna qədər təxminən 4,000 oliqarxın BƏƏ-yə, Avstraliya 3,500, Sinqapur (2,800) və İsraililə (2,500) köçəcəyi gözlənilir. Çoxlu sayda milyonerin də Malta, Mavrikiy və Monakoya köçəcəyi gözlənilir",- deyə məlumatda qeyd edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »