Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Avropanı cəsarətli olmağa çağırır: "Bu, Rusiya üçün siqnal olacaq"
Ukrayna Avropanı cəsarətli olmağa çağırır: "Bu, Rusiya üçün siqnal olacaq"

Əgər yaxın günlərdə Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizədlik statusundan imtina edilsə, bu, Rusiyaya Avropanın zəifliyindən xəbər verəcək. Yaşamaq üçün mübarizə aparan Ukrayna xalqına isə pis siqnal olacaq.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin xarici siyasət üzrə müşaviri İqor Jovkva deyib. O xatırladıb ki, Ukrayna üzvlük üçün müraciət etmir. Bu sadəcə olaraq, ona doğru ilk addımdır. Jovkva qeyd edib ki, Aİ Ukraynadan əlavə məlumat tələb etməyib. O, ümid edir ki, bu, Brüsselin “görülən işlərin həcmindən razı qalmasının” əlamətidir.

"Biz demirik ki, qanunun aliliyi və ya başqa mövzularda 100 faiz nail olmuşuq. Biz bunun üzərində işləməyə hazırıq. Amma müharibə zamanı bunu etmək çətindir",- deyə bildirən Jovkva əlavə edib ki, heç bir ölkə namizəd statusu əldə etməmişdən əvvəl Aİ şərtlərinə 100 faiz əməl etməyib.

O, Aİ-nin genişlənməsi ilə bağlı hər hansı alternativ modelləri də rədd edib. Qeyd edib ki, heç bir "potensial" namizəd statusu yoxdur. “Biz Bosniya ssenarisinə layiq deyilik. "Potensial namizəd" yox, "namizədliyə namizəd" yox, "yarı namizəd" yox, yalnız namizədlik var",- deyə o bildiirb.

Nəşr həmçinin xatırladıb ki, Bosniya və Herseqovina 2003-cü ildən Aİ üzvlüyünə potensial namizədd olsa da, çox az irəliləyiş əldə edilib. Ukrayna barədə qərar müsbət olarsa, Rusiya prezidenti Vladimir Putinin yeni eskalasiyaya gedə biləcəyindən narahat olub-olmaması ilə bağlı suala Jovkva belə cavab verib: “Rusiya Federasiyasının bu qərardan əvvəl və ya sonra nə edəcəyindən və ya etməyəcəyindən qorxmağa ehtiyac yoxdur. Biz ukraynalıların reaksiyasını düşünməliyik, bu daha vacibdir. Səngərlərdəki Ukrayna əsgərlərinin reaksiyası necə olacaq? İyun ayında Ukraynaya müsbət cavabın verilməməsi bütün Aİ üçün uğursuzluq olacaq. Çünki bu, sizin qəti qərarlara hazır olmadığınız, çox zəif olduğunuzu göstərəcək və bu, Rusiya üçün bir siqnal olacaq",- Jovkva yekunlaşdırıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »