Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ruslar dəmir filizi zavodunun ərazisindən filizlə dolu vaqonları oğurlayıblar”
“Ruslar dəmir filizi zavodunun ərazisindən filizlə dolu vaqonları oğurlayıblar”

Ruslar Ukraynanın Zaporojye vilayətindəki "Zaporojye dəmir filizi zavodu" PJSC ərazisindən ümumi çəkisi 3240 ton olan alqomerasiya filizi olan 54 yük vaqonunu oğurlayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə Facebook-da Zaporojye diyarının müdafiə qüvvələri məlumat yayıb.

“İşğal olunmuş ərazilərdə işğalçılar yerli əhalini qarət etməkdə, müəssisələrin əmlakını qanunsuz olaraq ələ keçirməkdə davam edirlər.

Vasilyevski rayonunun Malaya Belozerka kəndində Rusiyadan gələn vəhşilər dəmir filizi zavodunun ərazisindən ümumi çəkisi 3240 ton olan alqomerasiya filizi olan 54 yük vaqonunu oğurlayıb, “Kamaz” markalı yük avtomobilini də ələ keçiriblər.

Hətta Pologidə rusiyalı cinayətkarlar yerli sakinin “Opel Combo” markalı avtomobilini aparıb, Mixaylovka kəndində fiziki zorakılıq tətbiq etməklə hədələyərək kənd təsərrüfatı firmalarından birinə məxsus “Lexus LX 450D” markalı avtomobili qanunsuz olaraq ələ keçiriblər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »