Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir bölmə rəisi Vaqif Əsədovu təqaüdə göndərib
Nazir bölmə rəisi Vaqif Əsədovu təqaüdə göndərib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təqaüdə göndərilib.

Bizimyol.info xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin imzaladığı əmrə görə, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifədən azad edilərək təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Əsədov uzun müddət Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi və mətbuatla əlaqələr üzrə məsul şəxs olub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »