Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şuşada Zarıslı çayı üzərinə böyük bir bənd, su tutarı yaradacağıq"
"Şuşada Zarıslı çayı üzərinə böyük bir bənd, su tutarı yaradacağıq"

44 günlük müharibədə 30 ildən çox işğal altında olan ərazilərimiz işğaldan azad edildən sonra qarşıda olan məqsəd regionun bərpası və inkişafıdır. “Böyük Qayıdış” planına əsasən, işğaldan azad edilmiş ərazilər bərpa edilir. “Böyük Qayıdış” planı artıq başlayıb və illərlə yurd-yuvasına həsrət qalan insanlarımızın dədə-baba yurduna qayıtmasına sayılı vaxt qalıb.

İşğaldan azad edilmiş ərazilərdə əsasən görülən işlərdən biri də su infrastrukturunun qurulması, ərazilərin içməli su ilə təmin edilməsi məsələsidir.

“İşğaldan azad edilmiş ərazilərdə “Azərsu” ASC-nin işi iki hissədən ibarət olub. Birincisi təxirəsalınmaz tədbirlər idi. Bu tədbirlər məskunlaşma olan obyektlərdə, həm mülki, həm də hərbi obyektlərdə su ilə təminatı məsələsi idi. Sərhəd zastavalarının, milli ordunun, polis orqanlarının, hüquq mühafizə orqanlarının, eləcə də burada tikinti işləri, yol çəkilişi, elektrik çəkilişi, minatəmizləmə ilə məşğul olan insanların məskunlaşdığı obyektlərin su ilə təminatının aparılması idi. Biz onu 2021-2022-ci illər ərzində tam təmin etdik”. Bu barədə Bizimyol.info xəbər portalına “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, işlərin ikinci mərhələsi həmin əraizlərdə infrastrukturun yaradılması ilə bağlı olub.

Anar Cəbrayıllı Anar Cəbrayıllı

“Bu istiqamətdə “Azərsu” ASC-nin əsas işi Şuşa şəhərində oldu. Şuşanın su infrastrukturu bərpa edildi. Eyni zamanda Şuşa magistral su kəmərinin 5,3 km-lik hissəsini yeni borularla çəkib istismara verdik. Şuşa şəhəri ilə bağlı bizim layihələndirmə işlərimiz davam edir. Bura şəhərin su təchizatı və içməli, tullantı, yağış suları sistemlərinin yaradılması ilə bağlı layihələndirmə işlərinin hazırlanması daxildir. Bununla bağlı “Azərsu” ASC-nin "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu ilə özəl şirkətlər işləyir. Hökumət işçi qrupu yaradıb. Həm Şuşada, həm də Bakıda işlər davam etdirilir.

İlkin iş ondan ibarətdir ki, biz Şuşada Zarıslı çayı üzərinə böyük bir bənd, su tutarı yaradacağıq. Həmin su tutarının yanında su-nasos stansiyası tikilməklə 2,6 km-lik təzyiqli polad xətti çəkməklə, Şuşa şəhəri üçün alternativ su mənbəyi yaratmış olacağıq” - deyə Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, ümumiyyətlə gələcəkdə Şuşa şəhərində həm təmizləyici, içməli, həm də tullantı qurğunun tikinti planlaşdırılır.

Və bu mənbələrdən gətirilən su içməli təmizləyici qurğuda təmizlənərək, zərərsizləşdiriləcək və şəhər əhalisinə veriləcəkdir. İlkin qiymətləndirmələrə görə, Şuşa şəhərinin gündəlik tələbatı təxminən 6000 kub metr sudur.

“Bilirsiniz ki, qış aylarında təlabat azalır, yay aylarında artır. Qeyd etmək istəyirəm ki, yay aylaırnda Şuşanı qidalandıran mənbələrdə məhsuldarlıq azalır, qış aylarında isə suyun donması ilə bağlı yenə məhsuldarlıq azalır. Buna görə də, biz Zarıslı su mənbəyini yaradırıq ki, Şuşa şəhəri daim fasiləsiz içməli su ilə təmin olunsun” - deyə Cəbrayıllı qeyd edib. Onun sözlərinə görə, ilk dəfə işğaldan azad edilmiş ərazilərdə “ağıllı su” layihəsi tətbiq ediləcək. Bu layihə, ilk olaraq Ağdam şəhərində tətbiq ediləcək. Bununla da bağlı hökümət işçi qrupunun tapşırığına əsasən “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən ilkin müraciət sənədləri hazırlnıb. Ağdam şəhəri üzrə prezidentin xüsusi nümayəndəsi, Hökumət işçi qrupunun və aidiyyatı qurumların mütəxəssisləri ilə birlikdə müzakirəsi aparılıb. İlkin layihə bəyənilib.

“Ağıllı su” layihəsi suyun mənbələrdən götürlməsi, anbarlanması, nəqli, abonentə çatdırılması, sona tullantı sularının, eləcə də yağış sularının idraə olunması və gələcəkdə onlaırn tam zərərsizləşdirilərək, tam geri qaytarılmasını nəzərdə tutur. Burada bütün proqramlar avtomatlaşdırılmış rejimdə həyata kçeiriləcək, vahidləşdirilmiş sistemdən idraə olunacaq. Suyun keyfiyyətinə nəzarət, şəbəkədə baş vermiş qəzalardan qısa bir müddətdə xəbər tutulmasına və onun aradan qaldırılmasına nəzarət edəcək. Avtomatlaşdırılmış sistemlərlə idarə olunacaq. Ağdam şəhəri üçün mənbə, yeraltı su mənbələri, subartezian quyularıdır.

“Bununla əlaqədar 3 ədədə kəşfiyyat qiymətləndirmə quyusu qazılıb. Quyuların məhsuldarlığı, quyulardan çıxan suyun keyfiyyəti Ağdamın və 4 kəndinin su ilə təminatına imkan verəcək” - deyən qurumun rəsmisi bildirib ki, “Azərsu” ASC Laçın və Kəlbəcərdə əsaslı işlər həyata keçirib.

Qeyd edilən ərazilərdə bulaqlardan 20 km-dən çox su xəttləri çəkilib və məskunlaşma olan obyektlərin su ilə təminatı həyata keçirilib. Hazırda “Azərsu” ASC 4 istiqamətdə Şuşada, Hadrutda, Zəngilanda və Kəlbəcərdə daim xidmət göstərən briqadaları var. İşğaldan azad edilmiş ərazilərdə yaranan problemləri həmin briqadalar operativ şəkildə aradan qaldırır.

Anar Cəbrayıllı əlavə edib ki, Füzuli, Cəbrayıl və digər şəhərlərin baş planları hazırlandıqca, “Azərsu” ASC layihələndirmə işləri həyata keçriə biləcək.

Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə “Azərsu” ASC tərəfindən içməli su təchizatının yaxşılaşdırılması istiqamətində 350-dək obyekt içməli su ilə təmin edilib.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Son xəbərlər
Bütün xəbərlər »