Çinin ABŞ-dakı keçmiş səfiri iddia edir ki, Qərb ölkələri müstəmləkəçilik dövrünə geri dönərək Cənubi Sakit okean adalarına öz “işğal etdikləri ərazilər” kimi yanaşır, Pekin isə kiçik ada dövlətlərini bərabərhüquqlu tərəfdaş kimi görür.
Bizimyol.info xəbər verir ki, keçmiş səfir Cui Tiankai bu sözləri bazar günü Sinqapurda keçirilən "Şanqri-La Dialoq" müdafiə sammiti çərçivəsində CNN-ə müsahibəsində deyib.
Müsahibədə 2013-cü ildən 2021-ci ilə qədər Pekinin Vaşinqtonda elçisi vəzifəsində çalışmış Cui bildirib ki, Pekinin Sakit okean adaları ilə bağladığı yeni iqtisadi və təhlükəsizlik sazişləri mübahisəli məsələlərə aydınlıq gətirməsi çərçivəsində Qərbin artan narahatlığını azaltmaq məqsədi daşıyır.
O, Çinin qonşuları ilə münasibətlərinə müasir yanaşmaya üstünlük verdiyini və Qərb ölkələrinin isə zehniyyətinin keçmişdə ilişib qaldığını deyib. Səfir Cinin bu dövlətlərə "imkan daxilində" kömək etməyi təklif etdiyini iddia edib.
Çinin Sakit okeanın cənubunda artan təsiri adaları ABŞ ərazisi Quam və Avstraliya arasında strateji əlaqə kimi görən və Pekinin hərbi dayaq əldə etmək istəyərkən regionda öz gündəmini həyata keçirməkdə daha aqressivləşəcəyindən ehtiyat edən Vaşinqtonu narahat edib.
Lakin Cui iddia edir ki, Çin - ABŞ və Avstraliyadan fərqli olaraq - regiona böyük güc mübarizəsinin bir hissəsi kimi baxmır.
"Bəlkə Avstraliya kimi ölkələr bu ölkələri (özlərinin) öz həyətləri kimi görürlər, məsələn Birləşmiş Ştatlar Monro Doktrinasına görə Latın Amerikasını öz arxa bağçası kimi görür", - deyə Cui qeyd edib.
"Düşünmürəm ki, 21-ci əsrdə bu ölkələr bir-biri ilə tabeçilik əsasında bağlı qalmalı deyil - bu keçmişə dönmənin təzahürü ola bilər",- deyə o bildirib.
Qadir, Bizimyol.info