Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Putin Rusiyaya qarşı sanksiyaların qlobal böhrana təsirindən danışacaq
Peskov: Putin Rusiyaya qarşı sanksiyaların qlobal böhrana təsirindən danışacaq

Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında Rusiya Federasiyasına qarşı tətbiq olunan sanksiyaların enerji qiymətlərinin artmasına və dünyada başlanan ərzaq böhranına təsirindən danışacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS-a müsahibəsində dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz indi bütün bu məhdudiyyətlərin, Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların enerji, ərzaq və s. qiymətlərə necə zərbə vurduğunu görürük. Biz dünyanın artıq bir çox ölkələrin səhvlərinin mənfi nəticələri ilə üzləşdiyinin şahidiyik. Bu, dünyada, xüsusiilə də inkişaf etməmiş ölkələrdə ərzaq böhranının başlanğıcında və sairədə özünü göstərir”, - deyə Kreml sözçüsü bildirib.

“Əlbəttə, bu barədə danışmamaq mümkün deyil və əminəm ki, prezident bu barədə danışacaq. Hesab edikik ki, bu il onun forumdakı çıxışı beynəlxalq ictimayyət üçün son dərəcə əhəmiyyətli olacaq”, - Peskov əlavə edib.

Onun sözlərinə görə, bu il “mükəmməl sistemli fırtına” ilə yadda qalıb. "İqtisadiyyat siyasətin girovuna çevrilib və bir çox ölkələrin siyasətçiləri koronavirus zamanı çoxlu sayda səhvlərə yol veriblər. İndi dünya bu səhvlərin zərərini ödəməyə başlayıb. Səhvləri dost olmayan ölkələrin Rusiyaya qarşı başlatdığı iqtisadi müharibə daha da ağırlaşdırıb. Rusiya o qədər böyük ölkədir ki, ona qarşı müharibə bumeranq kimi onların arxasınca düşməcək. Bu sanksiyalarla Rusiyanı zəiflətməyə çalışsalar da, bu cəhd əks-effekt verir. Rusiya zəngin resursları hesabına dost olmayan ölkələrdən idxalı dayandırıb, özü yeni istehsal sahələri yaradır. Rusiyanı hədəf seçən ölkələrdə isə böhran hər gün daha da dərinləşir", - deyə Peskov qeyd edib.

Qeyd edək ki, iyunun 15-18-də XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu, iyunun 17-də Putinin iştirakı ilə plenar iclas keçiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »