Severodonetskdə işğalçılar Ukrayna Silahlı Qüvvələrinin bölmələrini şəhər mərkəzindən sıxışdırıb çıxarıblar, şiddətli döyüşlər davam edir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər saat 06.00-a Rusiyanın işğalı ilə bağlı əməliyyat vəziyyəti barədə məlumat verərək bildirib.
“Severodonetsk istiqamətində düşmən artilleriyanın dəstəyi ilə Severodonetsk şəhərində hücum əməliyyatları keçirib. Rus qoşunları qismən uğur qazanıb. Ukrayna Silahlı Qüvvələrinin bölmələrini şəhərin mərkəzindən sıxışdırıb çıxarıb, döyüşlər davam edir. Müdafiə Qüvvələrinin Lisiçansk, Severodonetsk, Toşkivka yaşayış məntəqələrindəki mövqelərində artilleriya zərbələri vururlar”, - məlumatda deyilir.
Baş Qərargahdan verilən məlumata görə, Donetsk istiqamətində rus qoşunlarının qruplaşdırılması əsas səylərini Severodonetsk və Lisıçansk şəhərlərinin ərazilərində Baxmut qəsəbəsi istiqamətində Ukrayna hərçilərini mühasirəyə almaq üçün hücum əməliyyatları keçirməyə, oradan logistik təchizat yollarını kəsməyə cəhd ediblər.
"İtkilərin ödənilməsi üzrə tədbirlər davam etdirilir. Kremennaya və Starobelsk yaşayış məntəqələri istiqamətində ruslar 80-dən çox silah, hərbi texnika, o cümlədən ağır zirehli texnika və artilleriya sistemləri gətirib", - deyə qərargahın məlumatında bildirilib.
Eyni zamanda, Slavyansk istiqamətində düşmən bölmələri əsas səylərini Dolina və Boqorodiçnoye yaşayış məntəqələrinə hücuma cəmləsələr də, uğur qazana bilməyiblər. Qeyd olunur ki, düşmən bu istiqamətdə qoşunların maddi-texniki təminatı çərçivəsində 100-dən çox yararsız hala salınmış zirehli və avtomobil texnikasını dəyişdirib.
Liman istiqamətində isə düşmən fəal döyüş əməliyyatları aparmayıb. Slavyanskdan 10 km şimalda Mayaki və Severskayadan 5 km şimal-şərqdə Serebryanka yaşayış məntəqələri rayonlarında ukraynalı müdafiə hissələrinin mövqelərini atəşə tutmaqda davam ediblər.
Baxmut istiqamətində Ukrayna əsgərləri Viktorovka - Vrubovka və Kamışevaxa - Vrubovka istiqamətlərində hücum hərəkətlərini uğurla dəf ediblər. Düşmən Zolote qəsəbəsi ərazisində yenidən hücum əməliyyatlarına başlayıb. Taktiki vəziyyəti yaxşılaşdırmaq və dominant yüksəklikləri mənimsəmək üçün Dolomitnoye - Kodema, Dolomitnoye - Novoluganskoye istiqamətlərində uğursuz hücum əməliyyatları keçirilib. Pokrovski ərazisində PUA-ların hava kəşfiyyatı aparılıb.
Kuraxovski istiqamətində düşmən Kuraxovodan 15 km şərqdə, Krasnoqorovka ərazisində Ukrayna qoşunlarının mövqelərinə hücum təyyarələri ilə aviazərbələr endirib.
Qadir, Bizimyol.info