Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya Günü" Kanada ilə münasibətləri daha da gərginləşdirib
"Rusiya Günü" Kanada ilə münasibətləri daha da gərginləşdirib

Kanadanın xarici işlər naziri Melani Colinin kanadalı diplomatların Rusiya səfirliyində təşkil edilən qeyri-siyasi tədbirlərdə iştirakının yolverilməzliyi ilə bağlı nümaiş etdirdiyi mövqe qeyri-peşəkarlıq kimi qiymətləndirilə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar günü TASS Rusiyanın Ottavadakı səfiri Oleq Stepanova istinadən məlumat verib.

"Mən sərt sözlər işlətməyi sevmirəm, amma fikrimcə, bu mövqe bir dövlətin baş diplomatya idarəsinin qeyri-peşəkarlığın nümayişidir. Hamı başa düşür ki, diplomatlar ünsiyyət qurmalıdır. Bu bizim işimizin əsas pirinsipidir. Hər kəs öz işini vicdanla yerinə yetirməlidir. Bunu Kanada siyasətçilərinin vicdanına buraxıram", - deyə səfir bildirib. Stepanovun sözlərinə görə, Kanada Xarici İşlər Nazirliyinin nümayəndəsinin Rusiya diplomatik missiyasındakı tədbirdə iştirakı “təbii diplomatik praktikadır”.

Səfir qeyd edib ki, indi Moskva ilə Ottava arasında münasibətlər “əslində donub”. "Kanada hakimiyyəti nüvə dövləti və Arktikada qonşu olan Rusiya ilə dialoq aparmalıdır. Üstəlik, biz Kanadaya heç vaxt düşmən və ya rəqib kimi baxmamışıq", - deyə diplomat fikrini yekunlaşdırıb.

Bazar günü xarici işlər naziri Joli Rusiyanın Ottavadakı səfirliyində Rusiya Günü münasibətilə keçirilən qəbulda onun departamentinin nümayəndəsinin iştirakını qəbuledilməz adlandırıb. O, bunun bir daha baş verməyəcəyinə söz verdi.

Rusiya Günü münasibətilə qəbul iyunun 10-da baş tutub.

TASS-ın verdiyi məlumata görə, Afrika, Yaxın Şərq və Latın Amerikasının 30-dan çox dövlətinin səfirləri də daxil olmaqla, tədbirdə 100-dən çox qonaq iştirak edib. Rusiya səfirliyində keçirilən qəbula Kanada Xarici İşlər Nazirliyinin departamentlərindən birinin nümayəndəsi də gəlib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »