Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Finlandiya və İsveçi qəbul etmək üçün Madrid sammitini son tarix kimi görmür
NATO Finlandiya və İsveçi qəbul etmək üçün Madrid sammitini son tarix kimi görmür

NATO 28-30 iyunda keçiriləcək Madrid sammitini qruma Finlandiya və İsveçi qəbul etmək üçün son tarix kimi görmür. Hər iki ölkənin qəbulu Türkiyənin etirazları səbəbiylə gecikdirilir.

APA xəbər verir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinistö ilə Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.

Soltenberq jurnalistlərin NATO-nun Türkiyənin iki ölkəni qəbul etməsi ilə bağlı etirazlarının samitə kimi aradan qaldıra bilməyəcəyi ilə bağlı suallarına belə cavab verib:

"Biz Madrid zirvəsini İsveç və Finlandiyanın qoşulması üçün son tarix kimi görmürük".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »