Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Bizimyol.info”ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 091 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 78 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 941, bu günə qədər isə ümumilikdə 6 923 348 test icra olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »