Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın ən gənc Ferrari fanatının arzusu gerçəkləşib
Azərbaycanın ən gənc Ferrari fanatının arzusu gerçəkləşib

Paytaxtımızda keçirilən Formula 1 Azərbaycan Qran Prisi artıq altıncı ildir ki, xarici və yerli azarkeşlərin diqqət mərkəzindədir. Hər il minlərlə azarkeş sevimli komandalarına dəstək olmaq və mövsümün ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışının həyəcanını birbaşa yaşamaq üçün buraya səfər edir.

Bu il isə onların arasında Azərbaycanın ən balaca Formula 1 fanatı var. 8 yaşlı Rafət ailəsi ilə birlikdə Saatlıda yaşayır və dostlarının arasında Ferrari komandasının pilotu Şarl Leklerin fanatı kimi tanınır.  Leklerin iştirak etdiyi heç bir yarışı qaçırmayan balaca Rafət hətta o yarışları şərh edir.

Bugün nəhayət ki, son üç gün ərzində yarışı canlı izləyən Rafətin ən böyük arzusu gerçəkləşib. O, Şarl Lekler ilə görüşüb və öz kumiri olan Ferrari pilotu ilə şəkillər çəkdirib.

Ölkəmizdə kiçik yaşlarından Formula 1 yarışlarının izləyicilərinin artması çox sevindiricidir.

Son xəbərlər
Bütün xəbərlər »