FIA Formula 2 çempinonatının ilk Türk pilotu Cem Bölükbaşı Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində fanatlarla görüşüb və medianın suallarını cavablandırıb.
"2018-ci ildə bir F1 Esports pilotu olaraq ilk dəfə Bakıya gəlmişdim. Formula-2 bolidlərini burda görmüşdüm və o vaxtdan bəri F2-də yarışmaq arzusu məni tərk eməyib. Dörd il sonra yenidən Bakıdayam, amma bu dəfə Formula 2- də yarışmaq üçün. Mən xəyalımı yaşayıram", – deyə o tvitində qeyd edib.
Cem Bölükbaşının Bakı trekində yarışması həm yerli media, həm də Formula azarkeşləri arasında böyük maraqla qarşılanıb.
Qeyd edək ki, karyerasına kartinqlə başlayan Cem müxtəlif dünya səviyyəli traslarda yarışıb və daha sonradan virtual yarışlara maraq göstərərək bu sahədə kifayət qədər uğur qazanıb. O, 2017-ci Əbu-Dabidə rəsmi Formula 1 Esports yarışlarında dünya beşincisi, 2018-ci ildə Red Bull Toro Rosso komandası tərkibində dünya ikincisi adına layiq görülüb. Hal-hazırda Bölükbaşı “Charouz Racing System” komandasının pilotu alaraq Formula 2-də mübarizə aparır.
F1 dəstək yarışı olan Formula 2 seriyasının əsas yarışı Bakıda, iyunun 12-də keçiriləcək.