Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya Balkan ölkələrinin Aİ-yə qoşulması prosesinə kömək edəcək
Almaniya Balkan ölkələrinin Aİ-yə qoşulması prosesinə kömək edəcək

Almaniya Balkan ölkələrinin Avropa İttifaqına (Aİ) qoşulması prosesinə kömək edəcək.

"Report" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə görüşündən sonra bildirib.

Şolts artıq Şimali Makedoniyanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağa çağırıb.

"İki il əvvəl vəd edilmiş üzvlüklə bağlı danışıqlar indi başlamalıdır. İstənilən halda, mən bunu fəal şəkildə müdafiə edəcəyəm", - Şolz vurğulayıb.

Qeyd edək ki, Şimali Makedoniya Aİ üzvlüyünə namizəd statusunu 17 il əvvəl alıb.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropa Komissiyası Ukraynanın namizədlik statusunun qiymətləndirilməsini başa çatdırmağa hazırdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »