Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ: “Ermənistandakı zorakılıq halları araşdırılmalıdır”
Aİ: “Ermənistandakı zorakılıq halları araşdırılmalıdır”

“Polis tərəfindən nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi, eləcə də nümayişçilərin asayiş keşikçilərinə qarşı güc tətbiqi qəbuledilməzdir. İyunun 3-də baş vermiş zorakılıq hadisələri, o cümlədən xüsusi vasitələrin istifadəsi araşdırılmalıdır. Bəzi hallarda bu, artıq həyata keçirilir”.

“Report” xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) İrəvandakı nümayəndəliyinin başçısı Andrea Viktorin Ermənistan müxalifətinə iyunun 3-də İrəvanda baş verənlərlə bağlı cavabında yer alıb.

Səfir Ermənistanın ədliyyə nazirinə narahatlığını bildirib və qeyd edib ki, Ombudsmanla daim əlaqə saxlayır. İstifadə olunan xüsusi vasitələrin növləri, istifadəsinə icazə verilən meyarlara uyğunluğu, habelə bu vəziyyətdə istifadənin zəruriliyi və qanunauyğunluğu ilə bağlı polisdən izahatlar istənilib.

Andrea Viktorin həmçinin nifrət və təxribat hərəkətlərindən çəkinməyin vacibliyini vurğulayıb və bütün tərəflərin öz tərəfdən hər hansı zorakılıqdan çəkinməsinin vacibliyini önə çəkib. Səfir əmin edir ki, Aİ Nümayəndəliyi hadisələri yaxından izləməyə davam edəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »