Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Formula-1”: Sıralama turunda Şarl Lekler birinci olub
“Formula-1”: Sıralama turunda Şarl Lekler birinci olub

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb.

10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini müəyyənləşdiriblər.

“Ferrari”nin pilotu Şarl Lekler yürüşü birinci pillədə başa vurub. O, 1 dəqiqə 41,359 saniyəlik nəticə ilə dövrədə hamını qabaqlayıb.

Lekleri “Red Bull” komandasından Serxio Peres izləyib. İlk “üçlüy”ü “Red Bull”un digər pilotu Maks Ferstappen qapayıb.

Yürüşün yalnız birinci sessiyasında bir dəfə fasilə yaranıb. Buna Lens Strollun (“Aston Martin”) qəza törətməsi səbəb olub.

Qeyd edək ki, sabah keçiriləcək mərhələ saat 15:00-da başlayacaq. Ondan öncə isə “Formula-2” üzrə yarış baş tutacaq.(apa)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »