Sualtı texnologiyanın alınması və ortaq istehsal üçün Fransa ilə bağladığı müqavilədən geri çəkilən Avstraliya bu vəziyyətə görə 555 milyon avro ödəyəcək.
Bizimyol.info xəbər verir ki, BBC Türkcənin verdiyi məlumata görə, ötən ilin sentyabrında Avstraliya birgə sualtı qayıq inşa etmək üçün Fransa ilə bağladığı 35 milyard avroluq müqavilədən çıxdı.
Əvəzində İngiltərə və ABŞ ilə AUKUS (ABŞ, Böyük Britaniya və Avstraliya alyansı) adlı müqavilə imzaladıyıb. Avstraliya bu iki ölkədən nüvə sualtı texnologiyasının alınması və istehsalı üçün yeni razılaşma əldə edib.
Fransız səlahiyyətlilər, üç ölkə arasında AUKUS danışıqlarının onların xəbəri olmadan həyata keçirildiyini və Avstraliyanın son anda razılaşmadan çəkilməsinə kəskin reaksiya verdi. Paris bu ölkələrdən öz səfirlərini müvəqqəti olaraq geri çağırmışdı.
Böhrandan təxminən 9 ay sürən gərginliyin sonunda imzalanan 555 milyon avro dəyərində təzminat müqaviləsindən sonra bu böhrana bir xətt çəkib. Lakin bu inmsızlıq AB ilə Avstraliya arasındakı ticarət razılaşması danışıqlarını əngəlləyib.
Qadir, Bizimyol.info