Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan Avropanı hədələdi: "Hər şeyi açıb danışacağıq"
Gürcüstan Avropanı hədələdi: "Hər şeyi açıb danışacağıq"

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsinin Avropa İttifaqına üzvlük müraciətinə cavab olaraq “ədalətli qərar” gözlədiyini bildirib.

Bizimyol.info Gürcüstan mətbuatına istinadla xəbər verir ki, o, Brüsseldən yekun cavabı gözlədiklərini deyib.

“Biz ən sivil xalqlardan biriyik və biz yalvarmırıq”,- deyən Qaribaşvili vurğulayıb ki, Gürcüstan layiq olmadığı heç nə tələb etmir. Baş nazirin sözlərinə görə, Avropa Komissiyasından qiymətləndirmə iyunun 17-də, Avropa İttifaqının yekun qərarı isə 22-23 iyunda gözlənilir.

“Əgər qərar ədalətsiz olarsa, mən “pərdəni qaldırmaq” və hər şeyi açıb danışmaq hüququmu özümdə saxlayıram”,– deyən baş nazir konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Qaribaşvili hökumətin ölkənin Aİ-yə üzvlük prosesində fəaliyyət göstərməməsi ilə bağlı şərhindən sonra prezident Salome Zurabişvilini də tənqid edib. "Xanım Salomenin ölkənin düşmənləri olan bu dağıdıcı müxalifətin bəyanatlarını birbaşa təkrarlaması çox təəssüf doğurur və bu onlaırn hekayələrinə çox uyğun gəlir. Bu isə çox acınacaqlıdır. Ümid edirəm ki, o, hökumətin işindən baş aça biləcək ",- deyə Qaribaşvili bildirib.

Xatırladaq ki, bir müddət əvvəl “Gürcü arzusu”nun rəhbəri İrakli Kobaxidze bildirmişdi ki, Aİ sammitinin qərarından sonra hakimiyyət “namizədin statusu ətrafında baş verən kulis hadisələri və müvafiq şəxsi söhbətlər haqqında daha çox məlumatı” ictimaiyyətə təqdim edəcək.

Qeyd eədk ki, Ukraynadan sonra Gürcüstan və Moldova martın 3-də Aİ-yə üzvlük üçün müraciət ediblər. Hazırda Gürcüstanda iqtidarla müxalifət arasında qızğın müzakirələr və qınaqlar fonunda Aİ-nin cavabı gözənilir. Bu həftə isə, Avropa Parlamenti Gürcüstanla bağlı çox tənqidi qətnamə qəbul edib.

Qətnamə siyasiləşdirilmiş ədalətdən bəhs edir və “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqinə çağırır. Gürcüstan hökuməti sənədi “tamamilə saxta və qeyri-dəqiq” adlandırıb.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »