Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşada ABŞ qoşunlarının yerləşdirilməsi təklifinə Rusiyadan hədə dolu cavab
Polşada ABŞ qoşunlarının yerləşdirilməsi təklifinə Rusiyadan hədə dolu cavab

Rusiya Polşanın NATO qoşunlarının kontingentini artırmaq istəyinə təhdidlərlə cavab verib.

Bizimyol info xarici mediaya istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi "Polşada NATO qoşunlarının sayının artırılması halında Rusiya öz təhlükəsizliyinə qarşı potensial təhdidləri zərərsizləşdirməli olacaq" şəklində açıqlama ilə çıxış edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa departamentinin direktoru Oleq Tyapkin Rusiyanın “İnterfaks” xəbər agentliyinə müsahibəsində bildirib. O qeyd edib ki, hələ 2014-cü ildən əvvəl Polşa hökuməti NATO-nun şərq cinahını gücləndirməyə və öz ərazilərində NATO qoşunlarını yerləşdirməyə daha çox səy göstərirdi. "Biz NATO qrupunun Polşada qurulmasını sakit və laqeyd şəkildə müşahidə edə bilmərik və etməyəcəyik. Cavab, həmişə olduğu kimi, mütənasib və adekvat olacaq. Bu cavab Rusiya Federasiyasının təhlükəsizliyinə potensial təhdidlərin neytrallaşdırılmasına yönəldiləcək",- deyə Tyapkin qeyd edib.

O əlavə edib ki, Rusiya Federasiyası ilə Polşa arasında münasibətlər indi tarixin ən gərgin münasibətləridir. Buna baxmayaraq, Rusiya diplomatik münasibətlərin potensial olaraq kəsilməsi və ya səviyyəsinin aşağı düşməsinə təşəbbüs göstərməyəcək.

Xatırladaq ki, bir müddət əvvəl Buxarest sammitindən sonra Polşa prezidenti Anjey Duda demişdi ki, NATO-nun şərq cinahındakı ölkələr öz ərazilərində Alyansın qoşunlarını artırmaq istəyirlər.

Anjey Duda, Polşa prezidenti Anjey Duda

Xüsusilə, o, Avropanın bu hissəsində ABŞ hərbçilərinin sayının artırılmasına ümid etdiyini bildirib. O, əlavə edib ki, Alyansın genişləndirilmiş iştirakı “Bolqarıstan, Macarıstan və Slovakiya kimi daha çox şərq dövlətlərinə yayılmalıdır”.

"Biz həm də bu sxemin gücləndirilmiş ön müdafiəyə çevrilməsini istəyirik",- deyə Duda bildirib.

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »